Xəbər Lenti

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri: Qarabağın işğalı İslam aləmini narahat edir

Zəncanda “Qarabağ İslam Torpağı” elmi konfrans keçirildi

Allahşükür Paşazadə Avstriyaya gedib

Ərbəin ziyarətində iştirak etmək üçün müraciət edən İran vətəndaşlarının sayı milyonu keçib

Netanyahu: İsrail və ərəb ölkələri hər zamankından daha çox biri-birinə yaxınlaşıblar

Saakaşvili qətldə suçlanır

Vəkil: Azad Həsənov psixoloji təzyiqə məruz qalıb

Ermənistan münaqişənin həllində beynəlxalq səylərə xələl gətirir - XİN

Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi beynəlxalq konfransda işğalçı Ermənistana xəbərdarlıqlar edildi

Deputatxana "stalova", "banket zalı", məktəblər "seks yuvası" olarsa

Badamdarda torpaq sürüşməsi insanları nigaran edib

Səud şahzadəsi Ərəbistan kralının istefa verməsini istədi

Yəmənli qəbilələr cəbhə xəttini möhkəmləndirmək üçün birləşirlər

Mehman Hüseynovun apellyasiya şikayəti təmin olunmadı

Azərbaycanın siyasi və mədəni şəxsiyyətləri Təbrizin şəhid imam cüməsini ziyarət edib

Təbriz “Regionda terrorizm, separatizm və işğalın nəticələri” elmi konfransına evsahibliyi edib

Azərbaycan-R və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

Kərbəla zəvvarlara xidmət verməyə hazırdır

Yəmənli qüvvələr təcavüzkarları hədəfə alıblar

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Ermənistanın Baş naziri Paşinyan istefa verib

Regionda terrorizm, separatizm və işğalın nəticələri konfransı-Foto

Təbrizdə Qarabağ çağırışları: Əməkdaşımız İrandakı konfransdan yazır

Təbriz Universitetinin müəllimi: Terror, işğal və separatçılıq millətin istismarı üçün məşum amildir

Məmmədyarov: Azərbaycan danışıqlara hazırdır

İraq Türkiyə ilə təhlükəsizlik protokolunu təsdiq etdi

Suriyaya soxulan Türkiyə indi də orda hərbi baza qurur

ABŞ mediası Vaşinqtonun Suriyada məğlubiyyəindən yazır

Əfqan Muxtarlı ''karsa'' salınıb

12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub

Təbrizin imam cüməsindən Qarabağ dəstəyi

Azərbaycan, Rusiya və İranın enerji müzakirələri

İmam Hüseynin (ə) kiçik qızı Həzrəti Rüqəyyə (ə) süfrəsi - FOTO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Bu qida məhsulları bahalaşıb

Müqtəda Sədr: Sünni əhli pay istəməyi kənara qoysun

Yəmən ordusu Səudiyyə koalisyasına məxsus postlarını belə ələ keçirdi

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

AİP-in növbəti baş məclisi keçirilib - FOTO

Arxiv
 
Tarix : 2018 may 16     |     Kod : 55277

Gəncədə baş verənlərlə bağlı məhkəmə: "Kimsə başıma daşa bənzəyən əşya ilə vurdu"

Gəncə şəhərində baş verən insidentlə bağlı məhkəmə prosesi davam edir. 30 oktyabr 2017-ci ildə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurmada bir neçə polis əməkdaşı yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb

Arannews-Rakurs TV-nin məlumatına görə, mayın 14-ü cinayət işi üzrə hakim Yaşar Həşimovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Hakim məhkəmə prosesini açıq elan etdikdən sonra təqsirləndirilən Firudin Zeynalov bir sıra vəsatət qaldırıb. O, məhkəmə salonunda qolundakı qandalların açılmasını, məhkəmə iclas protokollları ilə tanış olmağa, qeydlər aparmağa şəraitin yaradılmasını, məhkəmə prosesini izləmək istəyən QHT və media nümayəndələrinə yaradılan problemlərin aradan qaldırılmasını, eləcə də həbsdə saxlanılması üçün heç bir sübut və əsas olmadığından haqqında seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib. Təqsirləndirilənin heç bir vəsatəti qəbul edilməyib.Bundan sonra zərərçəkmiş şəxslər ifadə vermək üçün məhkəmə zalına dəvət olunub. Öncə Gəncə şəhər Kəpəz RPİ-nin PPX tağımının manqa komandiri polis baş serjantı Ramin Qarayev ifadə verib. O, ifadəsində insident zamanı görmədiyi şəxslər tərəfindən başına daşa bənzər əşya və taxta dəyənəklə vurulduğunu deyib:"Həmin gün xidmətdə idim. İnsident yarananda köməyə çağırıldım. İş yoldaşım xəsarət aldığından yerdə uzanmışdı, kömək məqsədi ilə ona yaxınlaşanda kimsə başıma daşa bənzəyən əşya ilə vurdu, daha sonra taxta dəyənəklə də vurdular. Vuranları görmədim. Sonra məni iş yoldaşlarım ziyarətgahdakı Təcili Tibbi Yardım maşınına apardılar. Oradan da mülkü şəxslər tərəfindən xəstəxanaya aparıldım".Təqsirləndirilənlərin vəkili Zabil Qəhrəmanov zərərçəkmişə suallar ünvanlayıb. Suallar zamanı zərərçəkmişin ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər ortaya çıxıb. Belə ki, Ramin Qarayev istintaqa ifadəsində ziyarətgaha daxil olmaq istəyən insanlara maneə yaratmaq məqsədi ilə təlimat aldıqlarını deyib, amma məhkəmədə belə bir təlimatın olmadığını söyləyib. Müdafiəçi ondan qarşıdurmanın hansı səbəbdən baş verdiyini soruşduqda, zərərçəkmiş bilmədiyini deyib.Vəkil: "Ziyarətgaha girişin məhdudlaşdırılması haqda insanlara KİV-də və ya səsgücləndiricilər vasitəsi ilə məlumat verilmişdimi?"Zərərçəkmiş: "Xəbərim yoxdur".Vəkilin "Ümumiyyətlə istintaqa verdiyiniz ifadəni oxumusunuzmu" sualına, o, "xeyr, oxumamışam" deyə cavab verib. Zərəçəkmiş qismində dəvət olunan digər polis baş serjantı Elməddin Mehtiyev də oxşar məzmunda ifadə verərək, həmin gün tanımadığı şəxs tərəfindən qarın və bel nahiyəsindən zərbə aldığını bildirib. Hər iki şəxs təqsirləndirilənlərdən heç birini tanımadıqlarını və şikayətlərinin olmadığını deyib.Prosesin sonunda təqsirləndirilən Firudin Zeynalov vəsatətlərin qəbul edilməməsinə görə hakimə öz etirazını bildirib. Növbəti məhkəmə prosesin mayın 23-ə təyin olunub.


Açar sözlər : 

Yazılıb da (də)   2018 may 16  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin