Bakıda İlham Əliyev hökumətinin müxalifət partiyalarının sədrləri ilə görüşdə seçkilər qabağı siyasi şərait müzakirə edilib.
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında Prezident seçkiləri ərəfəsində amerikalıların rəsmi Bakıdan daha çox imtiyazlar üçün təzyiqlərini artırmışdır. Bu arada Amerika Xarici İşlər Nazirliyinin demokratiya və insan haqları üzrə müavini David Kermer Bakıda İlham Əliyev hökumətinin müxalif partiyaların başçıları ilə görüşüb.
"Trend" xəbər agentliyinin bu günkü məlumatına görə, Bakıda İlham Əliyev hökumətinin müxalifət partiyalarının sədrləri ilə görüşdə seçkilər qabağı siyasi şərait müzakirə edilib. "Ümid" partiyasının sədri və Az.R-nın Milli Məclisinin deputatı İqbal Ağazadə bu gün "Trend" xəbər agentliyi ilə müsahibədə deyib: Bu iclasda məntəqədə ki, demokratik dəyişikliklərin inkişafı və Dağlıq-Qarabağ məsələsi əsas müzakirə mövzusu idi.
Qeyd etmək lazımdır ki, bu gündən etibarən Az.R və Amerikalı nümayəndələr demokratik dialoqa başlayıblar. Bu danışıqlar demokratiya haqda iki ölkə müzakirələrinin üçüncü dövrəsidir. Amerikanın Bakı hökumət rəsmiləri ilə demokratiya haqdakı danışıqları 2006-cı milad ilinin dekabr ayından başlanıbdır.