Tarix : 2018 May 16
Kod 55280

Paşinyan baş prokuroru istefaya göndərə bilmir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətə gəldikdən sonra islahatlara başlayıb. Bəzi məmurları istefaya göndərən Paşinyanın növbəti hədəfi baş prokuror Artur Davtyandır.

Arannews-Buna qədər Paşinyanın istəyi ilə polis rəisi və təhlükəsizlik xidmətinin rəhbəri istefaya göndərilib.
FaktXəbər "News.am"a istinadən bildirir ki, Ermənistanın baş prokuroru Artur Davtyan hakimiyyət dəyişikliyinə rəğmən istefa vermək niyyətində deyil. "Bunun üçün heç bir əsas görmürəm",-deyə baş prokuror yerli mediaya açıqalmasında vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 May 16
  • Göndərən مدير سايت Aran News