Xəbər Lenti

Azərbaycanda ictimai rəy Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

20 YANVAR faciəsindən 29 il keçir

"Siyasi məhbuslara azadlıq!" mitinqdən - Fotolar

Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi

Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Bakıda müxalifət mitinq keçirdi

ISESCO 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

Arxiv
 
Tarix : 2018 may 16     |     Kod : 55281

AİP-dən İsrailin Fələstindəki qətliamına etiraz bəyanatı

Azərbaycan İslam Patiyası ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı bəyanat yayıb

Arannews-Sionist İsrail rejimi keçən əsrin ortalarından qəsb etdiyi müsəlman torpaqlarında işğalçılıq siyasətini davam etdirir. Ötən gündən bəri qondarma dövlətin sionist rəhbərləri İsrailin yaranmasının 70 illiyi münasibətilə müsəlmanların müqəddəs məkanı Qüdsdə qanlı bayram keçirir. ABŞ-ın yanlış siyasəti və Donald Trampın şəxsi təşəbbüsü ilə imperialist dövlətin səfirliyinin Qüdsə köçürülməsinin elan edilməsi mərasimi buna etiraz edən, əzəli torpağını qəsbkarlardan müdafiə etməyə çalışan 60 fələstinlinin ölümü, 2500 nəfərdən çox insanın yaralanması ilə müşayiət olunur. Sionist dövlətin hərbi qüvvələri Qəzza bölgəsinə toplaşan minlərlə fələstinlinin haqlı etirazlarını ölüm saçan atəşlə qarşılamaqdan çəkinmir və zülmü davam etdirir. 

Bir xalqa, onun mənəvi, maddi sərvətlərinə qarşı qeyri-insani münasibətlə yanaşan ABŞ və onun əlaltıları müsəlmanların heysiyyatına toxunmaqdan, mənəviyyatına təcavüz etməkdən və bu vəhşiliyi dəstəkləməkdən çəkinmirlər. Təəccüb doğuran mühüm amil fələstinli ərəblərə qarşı qənim kəsilən sionist rəhbərlərin və bu rejimi dəstəkləyən Amerikanın qanlı əməllərinə seyrçi mövqeyi ilə diqqəti cəlb edən Səudiyyə ərəbləri, başda Səud rejimidir. Qondarma İsrailə qucaq açan, Amerikaya böyük məbləğlərdə maliyyə vəsaiti yatıran Səudiyyə Ərəbistanının İslam düşmənləri ilə qardaşlıq münasibətləri yaratması heç bir məntiqə, sağlam düşüncəyə və müsəlman əqidəsinə sığmır.Bizə o da məlumdur ki, ABŞ prezidenti Donald Trampın sionist rejim qarşısında götürdüyü ən mühüm öhdəliklərdən biri məhz ABŞ səfirliyinin Qüdsə köçürülmək və bu müqəddəs məkanı işğalçı rejimin paytaxtı elan etmək idi. Şübhə yoxdur ki, ABŞ-ın belə bir yanlış və sağlam düşüncəyə sığmayan xarici siyasəti nə Yaxın Şərqdə, nə də dünyada sülhə xidmət edir. Müsəlman dünyasını çalxalayan və hətta bir sıra ölkələr tərəfindən kəskin tənqid edilən bu addım Trampın müsəlmanlara qarşı yürüdülən düşmənçilik siyasətini dayandırmır. Göründüyü kimi ABŞ bəşəriyyətə daha böyük bəlalar gətirə bilən qarşıdurmalar, kütləvi qırğınlara aparan meharibələr üçün zəmin yaradır.Hazırkı dövrdə Amerika prezidentinin bu addımını onun müttəfiqləri qəbul etmir. BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımamağa çağırır. Söz dünya müsəlman ölkələrinin başçılarınındır. Bəşəriyyətə həmişə bəlalar gətirən, yəhudilərin özləri tərəfindən kin və nifrətlə qarşılanan sionizmi ABŞ-ın dəstəkləməsi bəşəriyyətə, sülhsevər xalqlara qanlı təhlükələr vəd etməkdən başqa bir şey deyil. 

Hesab edirik ki, Amerika və onun həmişə ziddiyyətli qərarları ilə tanınan prezidenti Donald Trampın bu addımına qarşı dünya birliyi kəskin etirazını bildirməlidir. Fələstrinlilərə qarşı kütləvi soyqırıma son qoyulmalı, İsrailin bölgədə törətdiyi bu bəşəri cinayətə ciddi və təcili hüquqi qiymət verilməli, bu rejimin təcrid olunması üçün addımlar atılmalıdır.Azərbaycan İslam Partiyası dünyanın sülhsevər xalqlarını, bütün müsəlmanları insanlığa qənim kəsilən rejimlərə-İsrail və Amerikaya qarşı etiraz etməyə çağırır. Hesab edirik ki, müsəlman dövlətləri və müsəlman xalqlarının liderləri baş verən hadisələrə dərhal siyasi qiymət verməli, ABŞ-da fəaliyyət göstərən səfirliklərini geri çağırmaqla bağlamalı, İsrail səfirliklərini ölkələrindən çıxarmalıdırlar. Əks təqdirdə müsəlman torpaqlarının qəsb edilməsinə son qoymaq, müsəlmanların, o cümlədən fələstinli ərəblərin qətliamını dayandırmaq mümkünsüz olacaq. Biz sionizmə etiraz edib buna qarşı ciddi addım atmayanları zülmə rəvac verənlər kimi qiymətləndiririk.”


Açar sözlər : 

Yazılıb da (də)   2018 may 16  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin