Tarix : 2018 May 16
Kod 55282

İraqda Sədrlə rəqabət üçün yeni koalisiya yaradıla bilər

İraq Ali Seçki komissarlığı 18 əyalətdən 16-da səslərin hesablandığını və nəticə etibarilə Müqtəda Sədrin başçılıq etdiyi “Sairun” koalisiyasının öndə getdiyini deyib. Lakin bu, Mqtəda Sədrin İraqın gələcək baş nazirini təyin etmə iqtidarında olması anlamında deyil.

Arannews-İslaminSesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, Dövlət əl-Qanun siyasi fraksiyasında olan deputatlardan biri Məhəmməd Səyhud bildirib ki, Sədrlə rəqabət məqsədilə Nuri əl-Malikinin (Dövlət əl-Qanun), hazırki baş nazir Heydər əl-Abadinin (Nəsr koalisiyası), və sabiq Haşdu-Şabi komandiri Hadi əl-Amirinin (Fəth koalisiyası) qüvvələri vahid koalisiya yarada bilərlər. 

Mənbə, 3 siyasi birliyin seçki öncəsi platformalarının yaxın olduğunu bildirərək, hazırki dövrdə bu 3 koalisiyanın birləşməsinin fürsət olduğunu bildirib. 

Qeyd edək ki, Müqtəda Sədr bu seçkilərdə İraqın kommunist partiyası və eləcə də bəzi Səudiyyə meyilli partiyalarla ittifaqa girərək, "Sairun" koalisiyası yaratmış və seçkilərdə digər partiyaları qabaqlaya bilmişdi.

  • Yazılıb
  • da (də) 2018 May 16
  • Göndərən مدير سايت Aran News