Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2018 May 16     |     Kod : 55285

Elşad Miri: Paşazadə mücərrəd ifadə işlədib insanlarda qorxu yaradır

“Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir”.

Arannews-APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır:“Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb:“Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.İlahiyyatçı Elşad Miri Meydan TV-yə deyib ki, bəzi şəxslər mücərrəd ifadə işlədib insanlarda qorxu yaradırlar ki, onlar olmasa, ölkədə hər şeyi məhv edərlər.

Elşad Miri
Elşad Miri.

“Yaxşı olardı, Allahşükür Paşazadə konkret danışıb həmin qüvvələrin adını çəkərdi. Mücərrəd ifadələr işlətməklə mətbuata nəsə demiş olurlar”.Mühacirətdə yaşayan jurnalist Rauf Mirqədirov xatıradıb ki, Azərbaycanda iki ənənəvi məzhəb var, sünnu və şiə, onların arasında da ideoloji və dini zəmində ciddi qarşıdurma olmayıb.O qeyd edib ki, son dövrlərdə vəhhabilər və digər təriqətlər fəallaşıb, bunların isə xaricdə əlaqələri var.“Eyni zamanda, bir sıra regionlarda, Bakının bəzi kəndlərində İranın təsiri var, Tehran bununla Azərbaycanın xarici siyasətinə təsir göstərmək istəyir. Bunlar hamısı təbiidir, çünki xarici regional və qlobal güclərin əllərində olan vasitələrdən istifadəsində təəccüblü heç nə yoxdur”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

Ancaq Rauf Mirqədirov əsas problemin Azərbaycanın daxilində olduğunu düşünür:“Ölkənin daxilində problem olmasa, dindən təsir vasitəsi kimi istifadə etmək çox çətindir. İslam özü-özlüyündə sosial aktiv dindir, sosial ədalət çox güclüdür. Əgər ölkə daxilində ədalətsizliyin səviyyəsi çox yüksəkdirsə, dindən siyasi mübarizə vasitəsi kimi istifadə etməyə çalışacaqlar. Təəssüflər ki, Azərbaycanda gəlirlərin bölgüsü sıfır səviyyəsindədir, əsas gəlir kiçik qrupun nəzarətindədir, sosial ədalət prinsipinə riayət olunmur. Bu halda dindən təsir vasitəsi kimi istifadə etmək təbiidir”.O qeyd edib ki, bir sıra ölkələrdə, Misirdə, Gürcüstanda, Ermənistanda dini strukturlar, məscidlər və kilsələr dövlət və cəmiyyət arasında müəyyən bir mənəvi hakim rolunda çıxış edirlər, siyasi-sosial ziddiyyətlərin yumşalmasına çalışırlar.“Bu, ondan irəli gəlir ki, mənəviyyatı tənzimləyən institutlardan biri kimi dinin təsir imkanları var və mənəvi mayak rolunda çıxış edir. Amma bunun üçün dinin bir qədər müstəqil və mənəviyyatlı olması vacibdir. Təəssüf ki, Azərbaycanda rəsmi dini strukturar həmişə hakimiyyətin təsirində olduqlarından onların hökumətə və cəmiyyətə təsir imlanlarıçox azdır. Ona görə xarici təhlükəni artır”.ReAL hərəkatının icraçı katibi Natiq Cəfərli məsələ ilə bağlı Facebook sosial şəbəkəsindəki profilində yazıb ki, hansı ölkədə ki, uzun zaman bütün sahələrdə ədalət “öldürülür”, vətəndaşın səsi eşidilmir, sivil, dünyavi müxalif səslər boğulur, rəqabətsizlik hökm sürür, həmin ölkələr xarici və daxili təhlükələrə, o cümlədən də, radikal dini cərəyanlardan gələn təhlükələrə həmişə açıq olur.



Açar sözlər : 

Yazılıb da (də)   2018 May 16  Saat  13   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin