Tarix : 2018 May 16
Kod 55289

Azərbaycanda daha bir şagird məktəbdə öldü

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

Arannews-APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb. 

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.
 Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib.
 Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2018 May 16
  • Göndərən مدير سايت Aran News