Azerbaijan Servisi/Aran Agentliyi
Əhməd Kazimi
Regiyon məsələlər üzrə tədqiqatçı:
Xülasə:
Artıq Qarabağ münaqişəsi yerli əhalı, Erməni və Azərilər, arasında olan münaqişə deyil, bəlkə bu münaqişə Soyuq müharibədən sonra beynəlxalq böhranlardan biri sayılır və bu münaqişə bütün müasir beynəlxalq sistemində xroniki yaraya çevrilib. hazırkı aktyorların sayəsində, təşkil olunmuş və olunacaq məsələnin növünə görə , Qarabağ böhrnın ölçüsü gündən- günə beynəlxalq və region səviyədə genişlənir.bu mövzu səbəb olub ki, böhranın həlli getdikcə çətinləşsin.xüsusi ilə beynəlxalq səviyədə yeni dəyişikliklər Qarabağ sülhünün danışıqlarına təsir edir.necə ki, Kozovun bir tərəfli müstəqilliyi və Amerikanın himayəsi səbəb olub ki, Qarabağ münaqişəsində Bakının mövqeyinə mənfi təsir göstərsin.
Giriş:
Müxtar dağlıq Qarabağ bölgəsi kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir.bu bölgə 4.400 km, Azərbaycan respublikasının 5/1 sahəsini təşkil edir.Qarabaq regionu Azərbaycanın qərbində və dərinliyində yerləşir.bu ərazinin Ermənistanla heç bir ortaq sərhədi yoxdur.buranın əksər əhalisi Erməni və Sovet ittifaqında Sosialist Azərbaycan Sovet respublıkasının tərkib hissəsi idi.1988-ci ildə Qarabağ Muxtar Respublıkasının Parlamenti , Ermənistana birləşmə layihəsini təklif etdi və Ermənistan perlamenti bunu qəbul etdi.bu mövzu Azərbaycan respublikasının etirazına səbəb oldu.bu tarixdən etibarən, Azərilər və Ermənilər arasında münaqişələr başlandı.Sovet birliyi dağıldıqdan sonra 1992-ci ildə iki ölkə arasında müharibə başlandı və 1994-cu ilin May ayının 12-sində davamsız sülh saziçi imzalandı.bu münaqişədən 20 il keçməsinə baxmayaraq, bu məsələ indi də həll olunmayıb.bugünkü hadisələrin inkişafı göstərir ki, bu münaqişənin gələcəyi tam şəkildə aydın deyil. Cəsarətlə demək olar ki, Qarabağ münaqişəsi yerli əhalı, Erməni və Azərilər, arasında olan münaqişə deyil, bəlkə bu münaqişə Soyuq müharibədən sonra beynəlxalq böhranlardan biri sayılır və bu münaqişə bütün müasir beynəlxalq sistemində xroniki yaraya çevrilib. hazırkı aktyorların sayəsində, təşkil olunmuş və olunacaq məsələnin növünə görə , Qarabağ böhrnın ölçüsü gündən- günə beynəlxalq və region səviyədə genişlənir.bu mövzu səbəb olub ki, böhranın həlli getdikcə çətinləşsin.xüsusi ilə beynəlxalq səviyədə yeni dəyişikliklər Qarabağ sülhünün danışıqlarına təsir edir.necə ki, Kozovun bir tərəfli müstəqilliyi və Amerikanın himayəsi səbəb olub ki, Qarabağ münaqişəsində Bakının mövqeyinə mənfi təsir göstərsin.
Qarabağ münaqişəsinin kökü bir sıra daxili və xarici amillərə bağlıdır.şayəd bu münaqişənin təsiri Azərbaycan və Ermənistandan çox İranadı.bu münaqişənin nəticəsində İranla Azərbaycan arasında olan 120 km sərhəd dəyişdi.necə ki, bu münaqişənin bəhanəsi olaraq, Amerika məntiqəyə gəlib və münaqişənin həlli əvəzinə onu idarə edir və hətta bölgənin geopoltikasını dəyişmək istəyir.
Qarabağ münaqişəsinə "MİNSK"qrupun daxil olunması:
1992-ci ildə "ATƏT"-in xarici işlər nazirləri Belarusun paytaxtında, Minskdə, iclas keçirdilər.bu iclasın qərarına əsasən "Minsk" qrupu, o cümlədən Rusiya, Fransa və Amerika Qarabağ münaqişəsini həlli üçün təşkil edildi. Azərbaycanın keçmiş dövləti tərəfindən bu təşkilatın qəbul edilməsi(sonrakı hadisələr göstərir)strateji baxımından böyük səhv idi.bu təşkilatda İslamı ölkələrin olmaması, hətta qonşu ölkələrin, o cümlədən İran və Türkiyənin olmaması və sadəcə qərbi ölkələrin hüzuru səbəb olub ki, bu münaqişənin müzakirəsidə məntiq pozulsun. 1994 və 1998-ci illər arası bu təşkilat Qarabağ münaqişəsinin həllinə dair 3 layihə, o cümlədən 1mərhələli layihə, 2 mərhələli layihə və ümumi dövlət layihəsini hazırladı. gah münaqişədə olan tərəflərin biri sadəcə bu layihələrin birini qəbul edirdi.bu mövzular göstərir ki, "Minsk" qrupun fəaliyyəti Qafqazda ləngiyir.əlbəttə, bu məsələni də nəzərdə almalıyıq ki, bu təşkilata üzv olan dövlətlərin mənafeləri də fərqlidir."Minsk"qrupunun çatışmazlıq cəhətlərindən biri də tövsiyə xarakterli olduğudur.buna misal olaraq, 1996-cı ildə Lisbonda ATƏT-in Portuqalıyada keçirdiyi iclasda 3 mühüm əsl, o cümlədən Qarabağdan nizami qüvvələrin çıxarılması, Ermənilərin təhlükəsizliyinin qorunması və Azərbaycan respublikasının bütöv ərazisini qoruma məsələləri müzakirəyə qoyuldu.hərçənd ki, "BMT"-nin qanunlarına uyğun deyildi.ancaq bu prinsiblərə Ermənistan razılaşmadı və "OSCE" təşkilatı da verdiyi bəyaniyənin icrasına zəmanət vermərdi. 1999-cu ilin noybr ayında ATƏT İstanbuldakı iclasında çox çalışdı ki, Qarabağ sülhü haqqında bir müqavilə imzalansın, ancaq Ermənistan parlamentində baş vermiş terroristi hadisəyə görə(Baş nazir və məclisin spkeri qətlə yetirildi)baş tutmadı.11 Sentyabr hadisəsindən sonra Qarabağ münaqişəsinin həllində ATƏT-in bacarıqsızlığına görə, Avropanın başqa orqanları, o cümlədən Avropa Şurası və NATO bu münaqişənin həlli üçün müdaxiləyə başlayıblar."Minsk"qrupundan tənqidlərin çoxalması səbəb olub ki, bu təşkilatın başçıları, münaqişənin həll olunmamasında Azərbaycan və Ermənistanın liderlərini məzəmmət etsinlər.bu bir şəraitdədir ki, "Qarabağ Azadlığı" adlı təşkilat belə bir bəyanat verib:-"buna baxmayaraq ki, bütün faktlar Ermənistanın işğalçı olduğunu sübut edir, indiyə kimi "Minsk" qrupu bu münaqişənin həllinə dair heç bir iş görməyib."Minsk"qrupunun bütün fəaliyyəti, Qarabağın işğalını qanuniləşdirmək və bu ərazini Ermənistana verməkdir."
" Minsk"-in bacarıqsızlığı səbəb olub ki, Qərb siyasətçiləri "MİNSK"qrupun əvəzinə başqa bir təşkilat bərpa etsinlər.bu haqqda Pr.Branda Şafer Harvard Universitetinin "Xəzər üzrə tədqiqat"adlı layihənin müdiri iddia edir ki, " Minsk "qrupu Qarabağ münaqişəsi haqqında heç bir iş görə bilməyib, öz bacarıqsızlığını sübut edib və yeni layihələr münaqişədə olan tərəfləri razı sala bilməyib."
Hər halda demək olar ki, 1994-cü ildən(sülh zamanından)1999-cu ilə kimi " Minsk "qrupu 3 layihəni təqdim etməklə münaqişəni həll etməyiblər, bəlkə bu münaqişəni rəhbərlik ediblər.1999-cu ildən 2001-ci ilə kimi danışıqlar dayandırılıb və 2001-ci ildə nəticəsiz münaqişələr Paris və Kivestdə oldu. Kivest görüşündən və 2003-cü ildə Heydər Əliyevin vəfatından sonra Qarabağın sülhü haqqında danışıqların aktivliyi azalıb və " Minsk "qrupun görüşləri də məntəqədən azalıb. 2003-cü ilin oktyabr ayında İlham Əliyev prezident olduqdan sonra Qarabağ sülü haqqında danışıqların yeni mərhələsi başlandı.Azərbaycan respublikasının prezidenti İlham Əliyev danışıqları sıfırdan başlanmasını istədi, amma Ermənistan bunu rədd etdi.nəticədə iki ölkənin prezidentlərinin birinci görüşü Pragda keçirildi.2004-cu ildə Qarabağ münaqişəsinin yeni mərhələsi başladı.bu görüş Prag üsuluna məşhurdur, burada Qarabağ münaqişəsinin həllinə dair planlar məlumdur.Qarabağ danışıqlarında əsas müzakirə 2 mərhələli layihə üzərindədir.əlbəttə bu layihədə dəyişikliklərin olması tələb edilib.çoxları inanır ki, H.Əliyevin vəfatından sonra bu danışıqlar sıfır mərhələdən başlanıb və Ermənistan 3 şərti, o cümlədən Qarabağın müstəqilliyi, Ermənistanla Qarabaq arasında coğrafi əlaqlər, Qarabağdakı ermənilərin təhlükəsizliyininin qorumasını istəyir.əlbəttə indiyə kimi Ermənistan Qarabağın müstəqilliyini qəbul etməyib və Ermənistan bunun səbəbini Qarabağ münaqişəsinin həll olunmasında xoşməramlı olduğunu deyir.amma əgər Ermənistan Qarabağın müstəqilliyini rəsmiyyətə tanısaydı, Qarabağlı olan Robert Koçariyan və Serkesiyan başqa ölkənin qanuni prezidenti necə ola bilərlər? Demək olar ki, 2005-ci ildə Verşovada "5+1+1"adlı layihə hazırlanıb.bu layihə, iki mərhələli layihə qəlibində və Prag üsulu ilə bir istiqmətdə və bir az Ermənistanın şərtləri əsasındadır.bu layihəyə əsasən Ermənistan Qarabağ xaricində yerləşən və işğal olunmuş Azərbaycan respublikasının 5 şəhərini azad etməlidir və Bakı Qarabağın rejimi hüququnu və iki koridoru olan Laçın və Şuşanı imtiyaz verməlidir.həmçinin Ermənistan Bakı və Naxçıvan dəmir yolu Mogrinin vasitəsilə asanlaşdırmalıdır.
"MİNSK"Qurupu:vasitəcilik əvəzinə tərəfdarlıq etməsi:
2000-ci ildən etibarən hər il "BMT"təşkilatında Azərbaycan respublikasının ərazi bütövlüyü haqqında səs verilir."Minsk" qrupunun liderləri və bütöv qərb ölkələri bu səs vermədə Azərbaycan respublikasının ərazi bütövlüyünə bitərəf səs verdilər və bunun səbəbi Qarabağ münaqişəsində bitərəf olduqlarına görədir. Azərbaycan respublikası ötən Mart ayında"BMT"təşkilatında müzakirəyə qoyduğu qətnamədə Qarabağ münaqişəsində və Azərbaycanın ərazi bütövlüyündə "Minsk"-in mövqeyi məlum oldu.bu qətnamənin məzmunu belədir:Azərbaycan respublikasının işğal olunmuş ərazilərindən ermənilərin çıxarılması, ərazinin bütövlüyünü yenidən bərpa etmək və Azərbaycandan ayrılmayan bir hissəs Qarabağdır.təxminən 40 ölkə(hamısı İslamı ölkələrdir)bu qətnaməyə müsbət səs verdilər.amma "Minsk"-in sədrləri, İngiltərə, Ermənistan və Anqola mənfi səs verdilər. bu səs vermə Azərbaycan Respublikasını heyrətləndirsə də, Bakı dövləti yalnız "Minsk"-in sədrlərinə etiraz etdi və heç bir ciddi iş-"Minsk" qrupundan çıxmaq və bu təşkilatın dağılmasını istəyə bilərdi- görmədi.Azərbaycan respublikası yaxşı bilir ki, "Minsk"-in bitərəf qalması 4-cü layihə və Prag prosesi ilə bir istiqamətdədir və 2004-cü ildən etibarən Bakı və İrəvan bu haqqda gizli danışıqlara başlayıblar.4-cü layihəyə əsasən Qarabağda referendum keçirilməlidir və aydın şəkildə Qarabağ Azərbaycandan ayrılacaqdır.nəticədə "Minsk" qrupu Azərbaycan ərazi bütövlüyünə təkid edə bilməzdi və bu layihəni müzakirəyə qoya bilməz.bu mövzu yenə də göstərdi ki, Bakı "Minsk" qrupunun vasitəciliyini qəbul etməkdə səhv edib.
Qarabağ Münaqişəsində Prezident Serkisyanın Təsiri və bu Münaqişənin Prespektivliyi:
Ermənistanın keçmiş Müdafiə Naziri və Baş Naziri Serkesiyan, 2008-ci ilin Fevral ayının 19-da 53faiz səslə hay-küylü seçkidə qalib gəldi.sülhsevər mövqedən çıxış edən(bir dəfə Qarabağın sülhünə dair razılaşma əldə olunurdu)Ermənistanın keçmiş prezidenti, Leon te Petrosiyanın məqlubiyyəti və Serkesiyanın qalib gəlməsi Qarabağ münaqişəsinin həllini ləngidəcəkdir.Serkesiyan and içmə mərsimində Ermənistanın keçmiş mövqeyini təkrarlayaraq, Ermənistanın ərazi bütövlüyünü vurğuladı.o, təkid etdi ki, Qarabağın Azərbaycana birləşməsi qeyri-mümkündür və bu ölkə gərək bu həqiqəti, Qarabağın müstəqilliyini, qəbul edə.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatından sonra-Ermənistan bilməlidir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyündə həll olunmalıdır-bu bəyanat verildi.bir halda bu iddialar edilir ki, "Minsk" qrupu, son aylarda dəfələrlə təkrar edib ki, Bakı və İrəvan sülhün bir atdımındadılar və hər iki ölkə əsas məsələlərdə razılaşıblar.
amma Ermənistan və Azərbaycanın mövqeləri belə ziddiyətlidir?bu suala iki fikir var:bəzi mütəxəssislər iddia edirlər ki, bu iki ölkənin bəyanatları daha çox təbliğat xarakterli olsada, hər iki tərəf Prag üsulunda(Qarabağ xaricində olan 7 rayondan 5 rayonun azad edilməli və Qarabağda referendumun icrası) gizli razılaşma əldə ediblər.necə ki, Kolin Pavel Amerikanın keçmiş dövlət katibi demişdi ki, İrəvan və Bakı liderlərinin əsas problemləri "Minsk" qrupunun layihəsini əfkari-ümumiyyəyə qəbul etdirməkdir.ikinci fikir budur ki, Qarabağ haqqında danışıqlar çıxılmaz vəziyyətə çatıb və "Minsk" qrupu bu vəziyyəti bildirməmək üçün belə bir iddianı irəli sürüb.bu bir həqiqətdir və Aprel ayında Avropa birliyinin xarici siyasət idarəsinin başçısı Xaviyer Solana buna etiraf etdi. Solana açıq şəkildə bəyan etdi ki, Qarabağ mövzusu çıxılmaz vəziyyətə çatıb.bu arada Azərbaycan respublikası orduya ayırdığı budcəni artıb.belə ki, 2003-cu ildə 150 milyon dolar, 2008-ci ildə isə bu məbləğ 2 milyarda çatıb.budcənin artması göstərir ki, Bakı Qarabağ müzakirəsinə bədbinləşib.şübhəsiz buna səbəb"MİNSK"-in bacarıqsızlığıdır.çünki, əgər MİNSK beynəlxalq hüquqlarına uyğun layihələrini hazırlasaydı, Ermənistan və Azərbaycanın əfkari-ümumiyyəsində problem yaranmazdı. "Minsk" təşkilatı 16 il səmərəsiz fəaliyyəti və münaqişədə olan tərflərin birini himayə etməsi nəticəsində bu qrupun əleyhinə tənqidlər çoxalıb və bəzi Avropa orqanları bu təşkilatın dağılmasını istəyirlər.necə ki, 2008-ci ilin Aprelin 16-da Avropa şurasının parlamentinin assambleyasının baş katibi Terri Deyvis, "Minsk" qrupun dağılmasından istiqbal etdi.
Belə bir şəraitdə Ermənistanın yeni prezidentı Serkesiyan, "Minsk" təşkilatından təqdir etdi və dedi:"- bu təşkilatın vasitəçilərini dəyişdirməyə heç bir ehtiyac yoxdur".Serkesyanın bu bəyanatı elə bir şəraitdə bəyan olur ki, "Amerika, Fransa, Rusiya "BMT"təşkilatında Azərbaycan respublikasının qətnaməsinə, Azərbaycan ərazi bütövlüyünə mənfi səs vermələri və Azərbaycan xalqı bu təşkilatın dağılmasını istəyirlər.aydın olan məsələ budur ki, "Minsk" qrupunun dağıldılması ya da üzvlərin dəyişdirilməsi Avropa orqanlarının əsas istəyidir.xüsusən, Avropa şurasında "Qarabağ"komitəsinin təşkilinə maraq göstərilməsi buna bir sübutdur.bu təşkilat 16 il fəaliyyət göstərməsinə baxmayaraq indiyə kimi Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb və hətta ehtimal edilir ki, müharibə təkrar baş tutsun.buna görə də Azərbaycanın politoloqlarındangözlənilir ki, "Minsk" qrupunun dağılmasını ciddi şəkildə araşdırsınlar. "Minsk"təşkilatının başçıları, yəni Amerika, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlülüyünə mənfi səs verdiklərinə görə səbəb olacaq ki, Ermənistan bu təşkilatdan himayə etsin və bu da çox normaldır. "Minsk" 16 il fəaliyyətində səbəb olub ki, separatizmlər güclənsin.Serkesiyanın prezidentliyi və oktyabr ayında keçirilən seçkidə İlham Əliyevin qalib olma ehtimalı, "Minsk" qrupunun fəaliyyəti Qarabağ separatizmlərinin şəraitini sabitləşdirəcəkdir və indi Amerika və Fransanın himayəsi ilə Kosovo ssenari Qarabağda icra edilməkdədir.buna görə də mütəxəssislər inanırlar ki, Qarabağ münaqişəsinin müəmmalı və qaranlıq gedişi var, amma şübhəsiz "Minsk" qrupunun dağılması Qarabağın müzakirəsinin ədalətli olmasına yardım edəcəkdir.bu şərtlə ki, yeni qərb vasitəçiləri "Minsk"-in əvəzinə yaranmasın və danışıqlar iki tərəfli, müstəqil və bir başa Azərbaycan və Ermənistan arasında regional ölkələrin himayəsi ilə keçirilsin.