Tarix : 2018 May 18
Kod 55291

HƏMAS lideri Qəzzada aksiyaların davam etdiyini bildirib

HƏMAS lideri Qəzzada aksiyaların davam etdiyini bildirib

Arannews-Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Qəzza sektorundakı HƏMAS hərəkatının lideri İsmail Haniyə son ay yarım ərzində sahil boyu davam edən "Böyük Qayıdış Yürüşü" - etiraz aksiyalarının davam etdiyini bildirib.   Bu barədə "RİA Novosti" məlumat yayıb. "Qayıdış marşı davam edir, davam edir, davam edir", - deyə HƏMAS lideri jurnalistlərə bildirib. O əlavə edib ki, qurbanlar marşın davam etməsi üçün "yanacaq" rolunu oynayır.  

Qeyd edək ki, bu müddət ərzində İsrail hərçiləri ilə toqquşmalarda ümumilikdə 110 insan həlak olub, 10 mindən çox insan güllə və qazdan xəsarət alıb. 

Mənbə: Report 



  • Yazılıb
  • da (də) 2018 May 18
  • Göndərən مدير سايت Aran News