Xəbər Lenti

Qarabağ mitinqinin təşkilatçıları BŞİH-də olublar

Şeyx Sərdarın işi Avropa Məhkəməsində icraata götürülüb

Azərbaycanda 100-dən çox hakim sistemdən qovulub

Ərdoğan BMT-ni tənqid etdi: 5 ölkə hamının yerinə hökm verə bilməz

İmam Hüseynin (ə) kömək istəməsi əslində nəyi çatdırır

Şeyx Zəkzəkinin qızı: “Atam edam təhlükəsilə üzləşib”

İsrailin etirazı fayda vermədi: Rusiya Suriyaya S-300 verir

Daha bir Avropa ölkəsi Fələstini tanımağa hazırdır

Azərbaycan Respublikasinin Milli Məclisi Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina edib

Putin və Əsəd telefonla danışdı

İranda milli matəm elan olundu

Ərbəin zəvvarlarının bütün suallarının cavabı bu yazıda

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Nikol Paşinyanın bloku bələdiyyə seçkilərini qazandı

AŞURA MƏKTƏBİNİN ÖZƏLLİKLƏRİ

Ayətullah Xamenei: "Bu cinayət ABŞ-ın regiondakı əlaltılarının çirkli planlarının davamıdır"

Yəmənin Əlbiyza əyalətində İŞİD terrorçuları məhv edilib

Qiyas İbrahimov: Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir

"Hamımız hicablıyıq" fləşmobu və dindarlara verilən sual

Azərbaycan R-nın prezidenti Əhvaz terror hadisəsini pisləyib

Hüseyn (ə) qiyamının fəlsəfəsi

Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA

Azərbaycan R-nın müdafiə naziri Əhvaz terror hadisəsi ilə bağlı başsağlığı verib

Azerbaijani Shias gather for Ashura, under close watch from the state

Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində əza mərasimi

Azərbaycan İslam Partiyası başsağlığı verdi

Gürcüstanda İzdihamlı "Tasua" yürüşü keçirildi (Foto

Türkiyə Prezidenti Ərdoğandan Kərbəla mesajı

Əfqan Muxtarlıya dostları ilə görüşmək icazəsi verilmir

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Gürcüstanda Məhərrəmlik mərasimləri izdihamlı şəkildə keçirilib – FOTOSESSİYA

Şəhidlər ağasının qanının dəyəri

Övladlarımızı Aşura hadisəsi ilə belə tanış edək

Sabiq MTN generalları hakim qarşısına çıxarılır

Abbas Hüseyn Aşura məktəbindən yazdı

Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - Foto

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox

“Qafqazda dini ayinlərin araşdırılması” konfransında çıxış edən politoloq deyib: Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin son bəyənatı ilkin dini hüquqların pozulması deməkdir.

Qafqaz və Türkiyədə məhərrəm mərasimlərində dəyişiklik mövzusunda dəyirmi masa

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox!

Arxiv
 
Tarix : 2018 may 17     |     Kod : 55295

Ermənistandandakı hakimiyyət dəyişikliyi və Azərbaycanda hakim olan düşüncə

Xalq öz ölkəsindəki zalım hakimiyyətlə bərabər bu xalqa qənim kəsilən bütün qeyri-milli ünsürləri, xarici qüvvələri dizə gətirməyi bacarmalıdır.

Arannews:nur-az.com-Qonşu və düşmən ölkə olan Ermənistanda dəyişiklik oldu. Nikol Paşinyan hələlik baş nazir Sərkisyanı qaçıra bilib. Amma görünür bütövlükdə hakimiyyəti Ermənistanın siyasi səhnəsindən silmək fikri vardı. Çünki o çox gözəl bilir ki, Ermənistandakı hazırkı prezident elə köhnə prezidentin xələfidir. Həm kürsüsündə, həm də onun fikrində. Bundan əlavə qatil Sərkisyan demişdi ki, mən artıq baş nazir kimi ölkəni idarə edəcəyəm. O, istəyirdi ki, rusiyalı həmkarı V. Putin kimi baş nazir seçilsin və ölkə bütövlükdə onun idarəçiliyi altında olsun. Paşinyan isə buna imkan vermədi.

Paşinyan əlbəttə bununla da kifayətlənmək istəmir. Prezidenti də tezliklə istefaya göndərəcəyini deyir. Doğrudur Ermənistan Azərbaycan kimi deyil, bu ölkədə hər şey bir nəfər əlində cəmlənməyib. Ermənistanın siyasi quruluşu təqribən Gürcüstan, Türkiyə kimidir. Bu ölkələrdə dövlətin mühim postları prezidentin əlində cəmlənməyib. Bu ölkələrdə baş nazirin özünün hörməti, siyasi çəkisi, qətiyyəti və müstəqil qərarları vardı.Bəs bunun müqabilində Azərbaycanda nə baş verir? Bilirsiniz ki, Azərbaycanda bütün idarəçilik bir ailənin əlində cəm olub. Bu ölkədə baş nazirin xüsusi bir çəkisi yoxdur. Olsa belə bu insanı prezident təyin edir və burada vəziyyət Ermənistandan, Gürcüstandan, Türkiyədən tam fərqlidir. Amma bundan daha və önəmli olan məsələ budur ki, bu quruluşu ya xalq seçir, ya da bir ailə təyin etsə də xalq – öz ziyanlarını gördüyü halda – bu ziyanlara göz yumur. Ən əsas isə Azərbaycanda hakim olan düşüncə tərzi dəyişilməlidir. Bu düşüncə tərzi nədən ibarətdir?
“O da gəlsə cibini dolduracaq”
Azərbaycanda xalq heç də 25 ildir hakimiyyətdə yapışıb qalan əliyevləri sevmir. Xalq öz düşməni deyil ki onu məhv edən hakimiyyəti sevsin. Sadəcə bu ailənin yerinə gələn hər kəsin xalqa dağ çəkəcəyi qənaətindədir. Camaatın içində məşhur olan deyimlərə nəzər salsanız, bunu açıq aşkar görərsiniz. Bu deyimlərdən biri budur ki, onsuz da kim gəlsə bu xalqı soyub talayacaq. Bunlar heç olmasa bu qədər xalqdan oğurlayıb gözləri doyub. Bunların yerinə gələn də soymağa çalışacaq. Xalq bir az daha çox əziyyət çəkəcək.
“Hakimiyyət rusun diktəsi altındadır”
Başqa yayılan sözlərdən biri budur ki, onsuz da kim gəlsə Rusiyanın nəzarəti altında olacaq. Qarabağın da açarı Rusiyada olduğu üçün onu heç kim ala bilməyəcək. Nə fərqi vardı ki, ha Əliyevlər olsun ha başqası. O da gəlib Rusiyanın diktəsiylə oturub duracaqsa elə bu qalsa yaxşıdır. Diktator elə diktatordur. Heç bir fərqi yoxdur.
“Qalxanın başından vururlar”
Məşhur xalq deyimlərindən biri də budur ki, camaat qalxmaq istəsə gözünü yaman qorxudublar. Bu xalq 2003-cü ildəki qalxmasının nəticəsini gördü. Yaralananlar, ölənlər oldu. O bir daha qalxmağa qorxur. Düşünür ki, qalxsa həmin aqibəti bir daha yaşayacaq.
Çıxış yolu nədir?
Təbii ki, bu deyilənlər əbəs yerə meydana çıxmayıb. Çox dəqiq təhlillərdir. Amma mütləq olaraq bu cür düşünməməliyik. Bir qədər nikbin olmağa çalışmalıyıq. Ola bilər Əliyevlərin yerinə gələnlər də öz ciblərini doldurmaqla məşğul olsun. Amma xalqın idarəçiliyi öz əlində olsa onlar da tezliklə öz cavablarını alacaq. Ola bilər hakimiyyət rusun diktəsilə oturub dursun. Amma xalq inqilabları baş versə, bir dəstə insan deyil bütün kütlə küçələrə axışsa Rusiya da bir mənada məcbur olub xalqla ayaqlaşacaq. Burada Rusiyanı misal olaraq yazdıq. Onun yerinə Avropa, Amerika kimi dövlətlər də ola bilər. Xalq öz ölkəsindəki zalım hakimiyyətlə bərabər bu xalqa qənim kəsilən bütün qeyri-milli ünsürləri, xarici qüvvələri dizə gətirməyi bacarmalıdır. Qalxan insanın başından vurulması məsələsinə gəlincə burada bilmək lazımdır ki, zalım hakimiyyətlər həmişə bu cür etməklə xalqa göz dağı verməyə çalışırlar. Amma bu cür rəftarlar bir-iki gün, ən çox bir-iki ay davam gətirə bilər. Amma bundan çox ola bilməz. Nəhayət zülm önündə müqavimət göstərən xalqlar öz azadlıqlarına qovuşurlar.
Biz əbəs yerə erməni xalqını misal çəkmədik. Bir xalq əgər Sərkisyan kimi bir canini vəzifədən qovmağı bacarıbsa Nikol Paşinyan da öz şəxsi ambissiyalarını xalqın arzusundan irəlidə görsə öz cavabını alacaq. Bu dövlət də demək olar Rusiyanın quberniyalarından biri idi. Elə indi də Paşinyanın tam müstəqil bir siyasət yürüdəcəyini demək olmaz. İnqilabdan sonra yayılan məlumatlar göstərdi ki, sən demə rəsmi Moskva özü qatil Sərkisyanın getməsini əmr edib, Paşinyana isə Rusiya ilə razılaşdırılmış siyasət aparmasını tapşırıb. Yoxsa Paşinyan orada çox qala bilməz. Bununla belə xalq yenə də öz hünərini göstərdi. Paşinyan xalqın ziddinə bir iş görsə xalq yenə də öz sözünü deyə bilər. Paşinyanın tərəfdarları üçün onu müdafiə etmək heç də asan olmadı. Onlar da bunun müqabilində bəzi məhdudiyyətlərlə üzləşdilər. Sonda etdikləri bir nəticə verdi və öz liderlərini baş nazir seçə bildilər. Hazırda Ermənistanda Paşinyan təkcə baş nazir kimi tanınmır. O, demək olar ki, dövlətin başçısı hesab olunur. Çünki xalq onu dəstəklədikcə dövlətə də sahib ola biləcək.
Azərbaycan xalqı bu kimi inqilablardan ibrət almalı, mənasız təfəkkür bu xalqa hakim olmaq yerinə xalq özünün həqiqi müstəqilliyinə, azadlığına, dövlətinə, sərvətinə qovuşmalıdır. Bunun isə yeganə yolu müsəlman xalqın vəhdətindən keçir.


Açar sözlər : 

Yazılıb da (də)   2018 may 17  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin