Tarix : 2018 May 18
Kod 55301

Sergey Ryabkov: İranla nüvə sazişinin gələcəyini ABŞ-ın iştirakı olmadan da müzakirə etmək olar

Zərif indiyə qədər çinli və rusiyalı həmkarı ilə görüşüb İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Belçikanın paytaxtı Brüsselə səfəri konstruktiv keçib.

Arannews-Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşünü şərh edərkən deyib.

Zərif bildirib ki, nüvə sazişində iştirak edən digər tərəflərin maraqlarının zəmanət altına alınması üçün keçirilən görüşlər indiyə qədər müsbət yöndə davam edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini tərk edəcəkələrinə dair bəyanatından sonra Zərif razılaşmanı xilas etmək üçün diplomatik danışıqlara başlayıb.

Zərif indiyə qədər çinli və rusiyalı həmkarı ilə görüşüb. Hər iki görüşlərdə tərəflər razılaşmaya sadiq qalacaqlarını bildiriblər.

Rusiyanın xarici işlər naziri müavini Sergey Ryabkov bildirib ki, İranla nüvə sazişinin gələcəyini Amerika Birləşmiş Ştatlarının iştirakı olmadan da müzakirə etmək olar. Lakin, onun sözlərinə görə, müqaviləni saxlamaq üçün İran müəyyən güzəştlərə getməlidir.

Amerika Birləşmiş Ştatlarının nüvə sazişini tərk etməsi Avropanını aparıcı şirkətlərinə milyardlarla dollar zərər vuracaq. Tramp İranla əməkdaşlıq edən şirkətlərin bu ölkə ilə əməkdaşlığı dayandırmaları üçün onlara 6 ay vaxt verib. Əks halda onlar da rəsmi Vaşinqtonun sanksiyalarına məruz qalacaqlar.

Real TV

  • Yazılıb
  • da (də) 2018 May 18
  • Göndərən مدير سايت Aran News