Tarix : 2018 May 18
Kod 55302

`Fələstin İsrailin qarşısına sapandla yox, raketlə çıxmalıdır`

Bu gün Qələm Yazarlar Birliyinin təşəbbüsü ilə “ABŞ və İsrail rejimi! Qüds müsəlmanlarındır! Fələstinin işğalına son qoyun!” adlı dəyirmi masa keçirilib.

Arannews-Tədbirdə siyasi partiya yetkililəri, ictimai fəallar, QHT rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər.Fələstində baş verən olaylara toxunan Qələm Yazalar Birliyinin sədri, jurnalist Qurban Cəbrayıl İsrailin yarandığı gündən dünyada qarışıq salmaq məqsədi güddüyünü, son hadisələrin isə artıq pik hədd olduğunu bildirdi.Daha sonra söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev ilk öncə bütün müsəlmanların qarşıdan gələn Ramazan ayın münasibəti ilə təbrik etdi. İlahiyyatçı alim İsrail - Fələstin sərhədində törədilən qətliamın müqabilində, “biz nə etməliyik” sualını qoydu: “Düşmən hər zaman bizə təlqin edib ki, siz bacarmayacaqsınız, ümidsizlik yaradıb. Eyni şeytanın hiyləsi kimi. Lakin insanlar bu məkirli hiyləyə heç zaman uymamlı, Allah-Təalanın gücünə arxalanaraq ümidli olmalıdırlar”.AİP-in sədr əvəzi Peyğəmbərimizin tərəfdarlarının ümidsizliyə düşdüyü zaman Allah-Təala tərəfindən onlara endirilən Quran ayəsinin ibrət dolu cümləsinə diqqət etməyin vacibliyinə toxundu: “Sevgili Peyğəmbərimizə iman gətirən ərəblər əmniyyət təhlükəsindən dolayı qılıncla yatırdılar. Düşmən təhlükəsi hər zaman onları təqib edirdi. Narazılıqlarını Peyğəmbərimizə bildirdikləri zaman Allah-Təala ayə göndərdi: “Siz mütləq qələbə qazanıb yer üzünə hökmranlıq edəcəksiz”. Bu, bəndələrə ünvanlanan ümid nişanəsi idi. Bu gün də silahın, mərminin qarşısında möhkəm dayanan fələstinlilər İlahinin həmin o qələbə ümidinə iman gətirən insanlardır.Çıxış edən digər natiq, “DEVAMM” sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu qarşıdan gələn Ramazan ayında müsəlmanlara tövsiyyə olunan “təqvalı olun” kəlməsinin mahiyyətinə doğru yanaşmanın olmadığına diqqət çəkdi: “Məkkədə icra edilən ibadətlər Qüdslə həmahənglik təşkil etmirsə, hər hansı təqvadan söhbət gedə bilməz. Təqva – siyasətdə, iqtisadiyyatda, geopalitik səviyyədə icra edilməlidir”.DEVAMM rəhbəri Fələstində baş verən hadisələrin bir üzünü faciə adlandırsa da, digər üzünün böyük qələbə adlandırdı: “21-ci əsrdə liberal idealogiya dalana dirənib, sionist rejimin vəziyyəti pisləşir. İranla bağlanan nüvə sazişindən imtina son hadisələrlə birbaşa bağlıdır. Azərbaycan toplumunun reaksiyası da ötən illərə nisbətən daha yaxşıdır. Artıq Qüds məzhəbi proses deyil, fələstinlilərin bütün ağır şərtlərə rəğmən işğal edilmiş torpaqlarına qayıtmaq istəyi, işğalda olan digər müsəlman toplumları üçün də nümünədir. Qüds – mayakdır”. Dəyirmi masanın digər iştirakçısı, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müsəlman dövlətlərinin bir araya gələcəyi təqdirdə Qüds probleminin öz həllini tapacağını açıqldı: “Türkiyədə iştirak etdiyim tədbirdə Türkiyə və İranın regionda baş verən hadisələrdə birlikdə hərəkət etməli olduğunu deyəndə, bizim bəzi deputatlar, Türkiyədə fəaliyyət göstərən jurnalistimiz mənə etiraz etdilər. Lakin hadisələr göstərdi ki, məhz Türkiyə və İran bir araya gələndə Suriyada münaqişəsində irəlləyişə nail olundu”. Fələstinlilərin seçdiyi mübarizə taktikasında toxunan QAT sədri sapandla problemin həll olunmadığını bildirdi: “Dünyada müxtəlif mübarizə üsulları var. Fələstinlilər daş-kəsəklə mübarizəni seçiblərsə, deməli öz torpaqlarını döyüşərək qaytarmaq fikrindədirlər. Belə olan halda nə üçün İsrail rejiminin qarşısına raketlə çıxmamalıdırlar?!”


  • Yazılıb
  • da (də) 2018 May 18
  • Göndərən مدير سايت Aran News