Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2018 May 17     |     Kod : 55307

Bin Salman haradadır

Kral sarayında baş verən dəhşətli atışmadan sonra Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın media qarşısına çıxmaması və görüşlərdə iştirak etməməsi, bir sıra gümanların yaranmasına əsas verib.

Arannews-21 apreldə axşam saatlarında Riyadın Əl-Xəzami bölgəsində yerləşən kral sarayında atışma baş verməsi barədə xəbərlər və video görüntülər yayıldı. Bu atışma bir neçə saat davam etdi.Bəzi medialar və mənbələr bu atışmanın şahzadələrin biri tərəfindən çevrilişə cəhd etdiyinə görə baş verdiyini bildirdilər və buna aid bir sıra tutarlı sübutlar da ortaya qoydular. Hətta, bu hadisənin Yəmən döyüşçülərinin Ali-Səudun cinayətlərinə qarşı cavab olaraq mürəkkəb əməliyyatı da adlandıranlar oldu. Ərəbistan mediası, onların da başında “Əl-Ərəbiyyə” televiziya kanalı hadisə barədə heç bir məlumat vermədi və Riyad polisinin bəyanatını gözlədi. Riyad polisi isə hadisəni təsdiqləyərək, onun səbəbini oyuncaq drona qarşı açılan atəş kimi tanıtdı.Əlbəttə, həm ekspertlərin fikirləri, həm də atışmanın iki saatdan çox davam etməsi, hadisə yerinə ağır texnikanın, ağır və yarı ağır silahların cəlb edilməsi, üstəlik səhərə qədər də ara-sıra atışma səslərinin eşidilməsi heç də Riyad polisinin sözlərini təsdiq etmirdi.Tvitterdə “Muctehid” adı ilə fəaliyyət göstərən və daim saray daxilindəki hadisələri xəbər verən istifadəçi də atışma hadisəsinə münasibət bildirərək yazdı: “Bu hücumda hədəf Məhəmməd ibn Salmanın özü olmuşdur. Hadisədə hər iki tərəfdən olmaqla 7 nəfər həlak olub və hücumçular qaçıblar. Hücumu təşkil edənlər drondan da kömək kimi istifadə ediblər.”Bu, kral sarayında ilk hadisə deyildi, ondan 6 ay əvvəl də şahzadələrin biri tərəfindən Məhəmməd bin Salmana qarşı çevriliş cəhdi olmuşdu, lakin qüvvələrin kifayət qədər olmaması üzündən bu çevriliş uğursuzluqla nəticələnmişdi. O zaman Ərəbistanın Dövlət Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, bir nəfər kalaşnikov markalı silah və bir neçə əl qumbarası ilə kral qvardiyası qüvvələrinə hücum edib.Hər halda kral sarayında baş verən ikinci atışma istər oyuncaq dronun saraya tərəf yaxınlaşmasına görə olsun, istərsə də kral qvardiyasının hücumçularla atışması – çox şübhəli görünür. Bu şübhə, hadisədən sonra vəliəhdin ölkə KİV-də görünməməsidir. Çünki sözügedən hadisədən əvvəl onun çıxışları, görüşləri və işləri KİV-in əsas xəbər başlıqlarını təşkil edirdi.Bəzi mənbələr atışma baş verən gecə Bin Salmanın yaralandığını güman edir. Amma qəti şəkildə bilinən budur ki, hadisədən sonra vəliəhd demək olar ki, media qarşısına çıxmayıb və onun taleyi haqda heç bir xəbər verilmir.Amerikanın dövlət katibi Mike Pompeo Ərəbistana səfəri zamanı da onun bu ölkəyə ilk səfəri olmasına baxmayaraq, Bin Salman yenə mediada görünmədi, M. Pompeonu Adil Əl-Cübeyr qarşıladı və onunla görüşdü, birgə mətbuat konfransı keçirdi.Halbuki, ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson Ərəbistana səfər etdikdə vəliəhd onunla görüşdü və bu görüş geniş şəkildə KİV-də işıqlandırıldı.n atışma hadisəsindən bir aya yaxın ötməsinə baxmayaraq hələ də vəliəhddən bir xəbər yoxdur və onun vəziyyəti haqqında heç bir məlumat verilmir. Onun görünməməsi terrordan qorxduğu üçün olduğu, yaxud həmin hadisədə onun həyatında hansısa problem yaranması üzündən olması barədə elə də qətiyyətlə danışmaq olmaz.Ərəbistan mediası məlum hadisədən bir neçə gün sonra vəliəhdin xarici və daxili rəsmiləri ilə görüşləri barədə video görüntü və şəkillər yaydı, beləliklə onun tamamilə sağ-salamat olmasını göstərməyə cəhd etdi. Amma bu görüşlərin hadisədən əvvəlki vaxtlara aid olması və hadisədən sonra onun barəsində yaranmış söz-söhbətin üstünü örtmək üçün də göstərilməsi mümkündür. Məlum olan bircə şey var. O da budur ki, atışma hadisəsindən sonra vəliəhd Məhəmməd bin Salman mediada görünmür, yalnız onun rəsmi olaraq jurnalistlərin qarşısına çıxması, iştirak etdiyi görüş və mərasimlərdən canlı yayımlar bu şübhələrə son qoya bilər.



Açar sözlər : 

Yazılıb da (də)   2018 May 17  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin