Tarix : 2008 Jun 29
Kod 5531

Tehran Yaxın Şərqdə əsas rola malikdir

İran Yaxın Şərqdə cərəyan edən problemlərin və böhranların, o cümlədən İraq və Livan məsələlərinin həllində daima səmərəli rol oynayıb və bu rolunu davam etdirir
Iran Servisi/Aran Agentliyi

Mehdi Səfəri İrlandiyanın beynəlxalq məsələlər institutundakı çıxışında deyib : İİR-nin Yaxın Şərq regionundakı rolu səmərəli və əsas əhəmiyyətə malik olan roldur .
İİR xarici işlər nazirinin Avropa məsələləri üzrə müavini Mehdi Səfəri İrlandiyanın Doblin şəhərində alimlər, ziyalılar, siyasi şəxsiyyətlər və diplomatlar qarşısında əlavə olaraq deyib: İran Yaxın Şərqdə cərəyan edən problemlərin və böhranların, o cümlədən İraq və Livan məsələlərinin həllində daima səmərəli rol oynayıb və bu rolunu davam etdirir.
Səfəri çıxışının davamında İranın İraqdakı məsələlərin, habelə Livanda cərəyan edən böhranın həlli uğurundakı tədbirlərini açıqlamışdır .
İranın xarici işlər nazirinin Avropa məsələləri üzrə müavini həmin görüşün sonunda iştirakçıların müxtəlif regional və beynəlxalq məsələlər, o cümlədən İranın nüvə fəaliyyətləri mövzusu ilə bağlı suallarını cavablandırmışdır .

  • Yazılıb
  • da (də) 2008 Jun 29