Tarix : 2018 May 19
Kod 55318

Ayətullah Xamenei: İslam Ümmətinin Qurandan uzaq düşməsi səbəb oldu ki

İslam İnqilabının Rəhbəri Ramazan ayının gəlişi münasibətilə təşkil edilən Quran məclisinə qatılıb.

Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei  Ramazan ayının gəlişi münasibətilə təşkil edilən Quran məclisinə qatılıb.Mərasim zamanı Fələstindəki İsrailin son qətliamlarına işarə edən Ayətullah Xamenei deyib: "Fələstinin təəsüf doğuran şəraitinin İslam ümmətinin Qurandan uzaq olmasının nəticəsidir. Beytulmuqəddəs Fələstinin paytaxtıdır və Allah-Təalanın köməkliyi ilə Fələstin düşmənlərin əlindən xilas olacaq və Amerika və onun ardınca düşənlər ilahi həqiqət və ənənə qarşısında heç bir qələt eləyə bilməzlər."Sözlərinin davamında dini lider "Bu bir neçə gündə saxta və xəbis sionist rejim cinayətlərilə fələstinlilərdən onlarla nəfəri şəhid etmiş və minlərlə nəfəri yaraladıqlarını gördük. Belə bir şəraitdə bəziləri gileylənirlər ki, nə üçün Amerika bu məsələ qarşısında mövqe tutmur, halbuki Amerika və bir çox Qərb dövlətləri bu cinayətlərə şərikdirlər.", -deyə əlavə edib.İslam İnqilabının Rəhbəri İslam ümməti, İslam dövlətləri və İslam hökumətlərinin bu cinayətlərin qarşısında mövqe tutmalı olduqlarını vurğulayıb.Bu haqda o deyib: "Quran bizə deyir ki, din düşmənləri və kafirlər qarşısında sərt olun və öz aranızda mehribançılıqla rəftar edin, amma hazırda Qurandan uzaqlığa görə, İslam dünyasında müsəlmanlar arasında savaş və ixtilafın və kafirlər qarşısında təslimolmanın şahidiyik."

"Əgər İslam ümməti Qurana yaxınlaşarsa, Quranın buyurduğu kimi, şübhəsiz, düşmənə qalib gələcək, zura bu, ilahi vədədir.", -deyən Ayətullah Xamenei Allahın İlahi Sünnətinə əsasən ABŞ və müttəfiqlərinin məğlub olacaqlarını qeyd edib.



  • Yazılıb
  • da (də) 2018 May 19
  • Göndərən مدير سايت Aran News