Tarix : 2018 May 19
Kod 55319

Müqtəda Sədr və Əmmar Əl-Həkim höküməti birlikdə quracaqlar

İraq seçkilərində ən çox deputat mandatı qazanan "Sədr" hərəkatının lideri Nəcəfdə "Hikmət" ittifaqının liderilə görüşüb

Arannews-İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq seçkilərində ən çox deputat mandatı qazanan "Sairun" ittifaqı və "Sədr" hərəkatının lideri Seyid Müqtəda Sədr Nəcəfdə "Hikmət" ittifaqının lideri, İraq Ali Şurasının sədri Seyid Əmmar Əl Həkimlə görüşüb.Görüşdən sonra mətbuat konfransı təşkil edən Sədr və Həkim yeni bir məzhəbçilikdən uzaq texnokrat bir hökümət qurulacağını açıqlayıblar."Mütəxəssis və təcrübəli, məsuliyyətli şəxslərdən ibarət bir hökümət qurmaq istəyirik. Hədəfimiz İraq və İraq xalqı üçün demokratik dövlət inşa edib, texnokrat bir hökümət qurmaqdır. Hamımız İraq bayrağı altında biraraya gəlməliyik. Korrupsiyaya aludə olanlara səs verməyən xalqıma da buradan təşəkkür edirəm", -deyə Seyid Müqtəda Sədr bildirib.

"Seçkilərin nəticələrindən göründüyü kimi xalq yeni simalar görmək istəyir", -deyən Əmmar Əl Həkim "Sədr" hərəkatı ilə ittifaq qurduqlarını açıqlayıb.

"Sairun və Hikmət olaraq, hökümətin qurulması üçün digər koalisiyalarla görüşməyə başlayacağıq .Bizimlə ittifaq qurmağa çalışan bütün siyasi tərəflərə də qapımız açıqdır. Ancaq hədəfimiz, məzhəbçilikdən uzaq bir texnokrat hökümət qurmaqdır.", -deyə Seyid Əmmar Əl Həkim əlavə edib.İraqda 12 may parlament seçkilərində 143 partiyanın təşkil etdiyi 27 koalisiya qatılmışdı. 


Müqtəda Sədr və Əmmar Əl-Həkim höküməti birlikdə quracaqlar

    • Yazılıb
    • da (də) 2018 May 19
    • Göndərən مدير سايت Aran News