Sionist Rejim elə bir yerdə yerləşib ki, tamamı ilə İranın raket atəşi əhatəsinin dairəsindədir , bundan əlavə İran ölkədən kənar imkanları ilə də belə sionistlərə böyük təhlükə törədə bilər
Iran Servisi/Aran Agentliyi
İran İslam İnqilabının pasdarlar korpusunun baş komandanının İranın düşmənlərin hər hansı bir ehtimalı hücumuna kəskin cavab verəcəyi barədəki sözləri , dünyanın kütləvi informasiya vasitələrində geniş əks səda doğurmuşdur.
Sərdar Məhəmmədəli Cəfəri Tehranda çıxan Cam-Cəm qəzetinə verdiyi müsahibədə Amerika və Sionist Rejimin İrana qarşı hədələrinə toxunaraq deyib : Məlum hədələr reallaşarsa, düşmənə qısa bir zaman çərçivəsində kəskin və dağıdıcı cavab alacaq.
Cəfəri Amerikanın Sionist Rejimin əməkdaşlığı olmadan İrana qarşı heç bir hərəkətə keçə bilməməsini vurğulayaraq deyib : Sionist Rejim elə bir yerdə yerləşib ki, tamamı ilə İranın raket atəşi əhatəsinin dairəsindədir , bundan əlavə İran ölkədən kənar imkanları ilə də belə sionistlərə böyük təhlükə törədə bilər .
General Cəfəri tam təkidlə bildirmişdir ki , İran müxtəlif yollarla Amerikanın regiondakı qüvvələrinə zərbələr vura bilər .
General Məhəmmədəli Cəfəri İrana qarşı hədələrin təbliği mahiyyətinə toxunaraq bu məlum hədələyici mövqelərin boş propaqandadan başqa heç nə olmadığını vurğulayaraq bir daha İranın müdafiə qabiliyyətlərinin çox yüksək olduğu üzərində təkid edib və deyib : İran döyüşçüləri , İslam Respublikasının milli mənafeyini qorumaqda tam əzmkardır .