Mübarək Ramazan ayının ilk cüməsində İran xalqının, sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin pislənilməsi üzrə ümumölkə aksiyası keçirilib.
Arannews-İran xalqının müxtəlif təbəqələri bu gün mübarək Ramazan ayının ikinci günündə cümə namazı qıldıqdan sonra küçələrə çıxaraq, sionistlərin nakba-fəlakət günündəki vəhşicəsinə cinayətlərini, həmçinin ABŞ səfirliyinin Beytulmuqəddəsə köçürülməsini pisləyiblər.Aksiyaçılar ABŞ və sionist rejimin regiondakı cinayətlərini və beynəlxalq təşkilatların bu cinayətlər qarşısında susmalarını pisləyərək, "İsrailə ölüm!", "Amerikaya ölüm!", "Ali-Səuda ölüm!" və "Heyhat Minnəzilləh!" şüarları veriblər.