Tarix : 2018 May 20
Kod 55327

Tramp Yaxın Şərqi yenidən çalxalayacaq “Əsrin sazişi”ni ramazandan sonra açıqlayacaq

Tramp ramazan öncəsi müsəlmanlara Qüds zərbəsi vurduqdan sonra yekun zərbəni yəni Fələstin məsələsinin birdəfəlik edəcək “əsrin sazişi” zərbəsini də ramazandan sonra həyata keçirəcək.

Arannews-İslaminSesi.info xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat verib. 

Mənbə, ABŞ konqresindəki rəsmi qaynağlara istinadla iddia edib ki, Donald Tramp bir aydan sonra “əsrin sazişi”ni açıqlayacaq. 

Qeyd edək ki, “əsrin sazişi” adlı plan ərazi mübadiləsi vasitəsilə fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara dövlət statusu verməkdən ibarətdir. 

Belə ki, İsrail Nəqib səhrasından Misirə ərazi verir, Misir də fələstinliərin yerləşdirilməsi üçün Sina Yarımadasında ərazi ayırır. Yeni yaranacaq bu Fələstin dövlətinə ilk mərhələdə öz infrastrukturasını qurmaq üçün 10 milyard dollar (Körfəz ərəb dövlətləri tərəfindən) verilir. Plana əsasən İsrail Misirə dinc nüvə enerjisi, neft-qaz sənayesi, kənd təsərrüfatı və sair strateji zəminlərdə yardım göstərəcək. Daha sonra isə planın sonuncu mərhələsi kimi İsraillə ərəb dövlətlərinin əlaqələri normallaşması üçün addımlar atılacaq (Yəni yerdə qalan ərəb dövlətləri İsraili dövlət kimi tanıyacaq və onunla diploimatik əlaqələr quracaq)

 Məlumata əsasən ötən ildən başlayaraq ABŞ və Səudiyyə fələstinlilərə müxtəlif yollarla təzyiqlər göstərirlər ki, İsraillə “daimi sülhü” təmin edən bu planı qəbul etsinlər. Amma fələstinlilər buna boyun qoymurlar. Məhz buna görədir ki, ABŞ prezidenti birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edib və səfirliyini də oraya köçürüb. Bu o deməkdir ki, fələstinlilərin israr və müqaviməti davam edərsə Trampın inadı da davam edəcək.


  • Yazılıb
  • da (də) 2018 May 20
  • Göndərən مدير سايت Aran News