Tarix : 2018 May 20
Kod 55328

Yaxın Şərqi daha da alovlandıracaq “Əsrin sazişi” nədir

Hazırda 2 ərəb dövləti İsraillə qarşılıqlı rəsmi əlaqələrə malikdir. Mərakeş və BƏƏ kimi bir sıra ərəb ölkələri də İsraillə iqtisadi əlaqələrə malikdir

Arannews- Yerdə qalan ərəb dövlətlərindən başda Səudiyyə Ərəbistanı və onun komandası olmaqla İsrail–Fələstin qarşıdurmasından çoxdandır özlərini kənara çəkiblər. Bəzən də onların adtığı addımlar İsraillə dolayısı yolla əlaqələrin olmasından xəbər verir. Bu zamanda Trampın Yaxın Şərq üçün çizdiyi “Əsrin sazişi” qüvvəyə minə bilər. “Əsrin sazişi”nin mahiyyəti nədir?

“Əsrin sazişi” ötən il Donald Tramp prezident seçildikdən sonra müzakirə obyektinə gəldi. Məqsəd budur ki birtərəfli sərt siyasətə malik olan və beynəlxalq hüquq normalarına məhəl qoymayan Donald Tramp çoxdandır irəli sürülən bu “sazişi” icra edə bilər. Bir sözlə bu plan var idi, amma onu icra edən şəxs lazim idi ki indi o şəxs Tramp ola bilər.“Əsrin sazişi”-in mahiyyətini açıqlayan rəsmi bəyanat yoxdur. Amma qeyri rəsmi mənbələrdən əldə olunan budur ki o iki formada ola bilər. İkinci forma daha çox möhtəməldir.Birinciyə əsasən, İordan çayının qərb sahili və Qəzza “İordaniya Haşimi Federal” dövlətinə verilir. Amma bu fərqlə ki, Qüds şəhərinin statusu və fələstinli qaçqınların öz bölgələrinə qayıtmasının müzakirəsi növbəti mərhələyə qalır.İkinci (ən çox ehtimal edilən) plan isə ərazi mübadiləsi vasitəsilə fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara dövlət statusu vermək.Belə ki, İsrail Nəqib səhrasında Misirə ərazi verir, Misir də fələstinliərin yerləşdirilməsi üçün Sina Yarımadasında ərazi ayırır. Yeni yaranacaq bu Fələstin dövlətinə ilk mərhələdə öz infrastrukturasını qurmaq üçün 10 milyard dollar (Körfəz ərəb dövlətləri tərəfindən) verilir. Plana əsasən İsrail Misirə dinc nüvə enerjisi, neft-qaz sənayesi, kənd təsərrüfatı və sair strateji zəminlərdə yardım göstərəcək. Daha sonra isə planın sonuncu mərhələsi kimi İsraillə ərəb dövlətlərinin əlaqələri normallaşması üçün addımlar atılacaq (Yəni yerdə qalan ərəb dövlətləri İsraili dövlət kimi tanıyacaq və onunla diploimatik əlaqələr quracaq)Məlumata əsasən ötən ildən başlayaraq ABŞ və Səudiyyə fələstinlilərə müxtəlif yollarla təzyiqlər göstərirlər ki, İsraillə “daimi sülhü” təmin edən bu planı qəbul etsinlər. Amma fələstinlilər buna boyun qoymurlar. Məhz buna görədir ki, ABŞ prezidenti birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edib və səfirliyini də oraya köçürüb. Bu o deməkdir ki, fələstinlilərin israr və müqaviməti davam edərsə Trampın inadı da davam edəcək.

  • Yazılıb
  • da (də) 2018 May 20
  • Göndərən مدير سايت Aran News