Tarix : 2018 May 20
Kod 55329

Həbs edilən İŞİD üzvü etiraf etdi: “Qadınları bir yerdə saxlayıb

Bütün dünyada Qırmızı Bülletenlə axtarılan biri qadın olmaqla hollandiyalı iki İŞİD üzvü Türkiyənin Şanlıurfa şəhərində həbs olunub.

Arannews-“Silahlı terror təşkilatı üzvü olmaq” maddəsi ilə mühakimə olunan Muxtar (Mokhtar Mekkaoui) və həyat yoldaşı Roz Kler (Rose Claire Swagemakers) üçün 15 il həbs cəzası istənilib.
1997-cil ildən Hollandiyada yaşayan Muxtar izlədiyi İŞİD videolarının təsirinə düşüb və 2015-ci ildə avtobus ilə Almaniya və Yunanıstan, daha sonra Türkiyə ərazisinə daxil olub.
İnternet vasitəsilə tanış olduğu İŞİD üzvü ilə görüşən Muxtar Bodrum, Adana, Qaziantep istiqamətində hərəkət edib və Suriya torpaqlarına keçib. Ondan sonra İraqda dayanan Muxtara burada İŞİD tərəfindən “Əbu Hattap” kod adı və bir ay təlim dərsləri verilib.
O, indiki həyat yoldaşı ilə necə evləndiyi haqqında da danışıb:
“Rakkada yaşadığım zamanlar İŞİD mənə aylıq 50 dollar maaş verirdi. Evlənmək qərarına gəldiyim üçün İŞİD-in nəzdində fəaliyyət göstərən evlilik bürosuna getdim. Kriteriyarlarımı deyib gələcək həyat yoldaşımı gözlədim. Mənimlə həbs olunan qadınla onda tanış oldum. İŞİD belə qadınları Mudafa deyilən yerdə saxlayır”.Hollandiya hökuməti məhkumların öz ölkələrinə göndərilməsini istəsə də, Türkiyə onların bu istəyinə qarşı çıxıb və yalnız cəzalarını çəkdikdən sonra bunun mümkün olduğunu deyib.


  • Yazılıb
  • da (də) 2018 May 20
  • Göndərən مدير سايت Aran News