Tarix : 2018 May 20
Kod 55333

İran prezidenti sionist rejimin cinayətlərinin qarşısını almaq üçün 6 təklif irəli sürüb

Cümə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının sionist rejmin fələstinlilərə qarşı cinayətləri mövzusunda baş tutan fövqəladə sammitində İran prezidenti doktor Həsən Ruhani öz çıxışında müsəlmanları vəhdətə səsləyərək deyib:
Arannews- “Əgər sionist rejim inkişaf etmiş, demokratik ölkələrin əhatəsində olsa və vahid ümmətlə qarşılaşsa heç vaxt öz cinayətlərini davam etdirə bilməz. Əgər sionistlər öz qarşılarında sükut əvəzinə qüdrətli bir region görsəydilər, bu vəhşiliklərini davam etdirə bilməzdilər.”Həsən Ruhani sionist rejimin cinayətlərinin qarşısını almaq üçün aşağıdakı təklifləri irəli sürüb:1. BMT-dən istəmək lazımdır ki, Amerika dövlətinin öz səfirliyini Qüdsə köçürməsinə dair qeyri-qanuni qərarı və sionist rejimin Fələstin xalqı əleyhinə cinayətlərini araşdırmaqla bağlı xüsusi toplantı keçirsin və məsələni izləsin.2. Amerika dövlətinin son qeyri-qanuni qərarını beynəlxalq, regional və milli səviyyədə dəqiq araşdırmaq və onun qarşısında dayanmaq üçün həll yollarının hazırlanması məqsədilə üzv ölkələrin hüquqi, siyasi və iqtisadi ekspertlərindən ibarət “ekspert qrupu” yaradılsın.3. Amerika və sionist rejim əleyhinə siyasi, iqtisadi və ticarət addımları atmaq lazımdır. Müsəlman dövlətlərindən və dünyanın azadlıqsevər xalqlarından istəyirik ki, Fələstin xalqına yardım və Trampın təxribat xarakterli qərarının qarşısında dayanmaq məqsədilə Amerika ilə öz siyasi, iqtisadi və ticarət münasibətlərinə yenidən baxsınlar. Həmçinin qəsbkar sionist rejimi ilə bütün münasibətlərini kəssinlər, sionistlərə aid şirkətlərin məhsullarına sanksiya qoysunlar.4. Fələstin xalqına kollektiv şəkildə humanitar yardımlar göstərmək üçün münasib yollar yaradılsın.5. Sionist rejimin nüvə silahları beynəlxalq aləm, xüsusilə də Qərbi Asiya regionu üçün böyük təhlükədir. İran tərəfindən dəfələrlə təklif edilmiş “regionun nüvə silahlarından təmizlənməsi” məsələsi İslam ölkələrinin diqqətində olmalıdır.6. Bütün İslam ölkələri öz təqvimlərində mübarək Ramazan ayının son cümə gününü “Qüds Günü” adlandırsın, beləliklə müsəlman xalqları və dünyanın bütün azadlıqsevərləri Fələstin xalqını dəstəkləsin, sionist rejimin və onun hamilərinin cinayətlərə öz etirazlarını bildirsin. Bu, İmam Xomeyninin (r) irsi olaraq İslam ümmətini sionistlərə qarşı birləşdirmək üçün ən təsirli bir yoldur.
Biz əməldə vəhdət yaratmaqla və qüdrətli, möhkəm, yersiz, köhnəlmiş münaqişələrdən uzaq bir region yaradaraq işğalçılığa son qoya, geniş Yaxın Şərqi və Qərbi Asiyanı bir daha İbrahimi dinlərin birgə yaşayış məkanına çevirə bilərik.Qeyd edək ki, İranda İslam İnqilabının qələbəsindən sonra bu ölkə sionist rejimlə bütün əlaqələrini dondurmuş, onların şirkətlərinə qarşı sanksiyalar tətbiq etmiş, Fələstin xalqını müdafiə etmək və işğal edilmiş Fələstin torpaqlarını azad etmək uğrunda bir sıra əməli addımlar atmışdır. İranın xarici siyasətinin əsas mövzusunu Fələstin məsələsi təşkil edir.Lakin təəssüflər olsun ki, bir sıra müsəlman ölkələri Fələstin torpaqlarını işğal etmiş qondarma sionist rejimi rəsmi tanımış, qarşılıqlı səfirliklər açmış, fələstinli müsəlmanların qətliam edilməsinə, onların haqlarına heç bir məhəl qoymadan sionist rejimlə əlaqələr qurmuşlar.
  • Yazılıb
  • da (də) 2018 May 20
  • Göndərən مدير سايت Aran News