Xəbər Lenti

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər

İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

Dərman zavodunun inşası sürətləndiriləcək

Əfv Komissiyası yenə toplandı

Türkdilli Dövlətlərin başçıları Bakıda yığışacaq

Rusiya XİN-dən xəbərdarlıq: Azərbaycana getməyin

Arxiv
 
Tarix : 2018 may 20     |     Kod : 55334

Başlıca səbəb

Bugünlərdə virtual aləmdə balaca bir fırtına qopmuşdu. Ənənəvi müxalifət Vaşinqtonda Azərbaycanla bağlı dinləmələrdə onun barəsində “marginal” tərifinin işlədilməsinə qarşı öz qəzəbli iradını bildirmişdi.

Arannews-Məni maraqlandırmır, bu tədbirdə ənənəvi müxalifət barəsində bu sözü kim deyib, ona cavab olaraq ənənəvi müxalifət liderləri və ya sözçüləri nə deyiblər. Bunun heç bir mənası yoxdur. Məna ondadır ki, cəmiyyətimizdə fərqli fikirlərin səsləndirilməsinə dözüm, qanacaqlı yanaşma mədəniyyəti yoxdur və bu, Vətənimizin, xalqımızın bütün bəlalarının başlıca səbəbidir!

Yaxşı, təsəvvür edin ki, ABŞ Konqresinin Helsinki Komissiyasının təşkil etdiyi dinləmələrə dəvət olunmuş ekspert, yəni işi bilən mütəxəssis, ölkədə hakimiyyətin törətdiyi bəd əməllərin sadalanmasından sonra kimin isə “Yaxşı, bu Azərbaycan adlanan ölkədə hakimiyyətin bu bəd əməllərinin qarşısını ala biləcək bir müxalifət yoxdurmu” sualına “Bəli, vardır, çox güclü və mütəşəkkil, çox ağıllı və qüdrətli müxalifət var, lakin bu müxalifət sadəcə hakimiyyətin bu bəd əməllərinin qarşısını almaq istəmir. Gücü var, lakin özü bu gücü işə salmaq istəmir” – desəydi, onda yaxşımı olardı? Yəni ABŞ siyasilərinin bizim bu gözəl-göyçək ənənəvi müxalifət barəsində rəyi yaxşılığa doğru dəyişəcəkdimi?Bəlkə də daha xeyirlisi o oldu ki, dedilər:“Azərbaycan ənənəvi müxalifəti marginal qüvvədir, gücü-taqəti qalmayıb, əhali ilə işləməyə qoymurlar, işləyə bilmir, çünki hakimiyyət ona gün verib işıq vermir, durmadan əzir və qovur”.Fəqət məni ənənəvi müxalifət üçün ənənəvi olan bu olayda başqa mətləb düşündürdü. Aya, görəsən bəylər anlayırlarmı ki, onların düşdüyü indiki ağır vəziyyətin başlıca səbəbi onların fərqli və tənqidi fikrə ənənəvi münasibətidir? Axı bu il AXC-nin təsis konfransının 30 illiyidir və 1989-cu ilin iyul ayının 16-da baş vermiş hadisəni yenə ənənəvi hap-gopla qeyd etsələr, o zaman siyasi hoqqabazların xalqa qurduqları tələləri etiraf etməsələr, düşdükləri uçurumdan çıxmaq macalını bilmərrə itirəcəklər.Mən AXC-ni təşkilatlandırmağa başlamış və onu ilk tərk etmiş insanam. Səbəb? Fərqli fikrə qanacaqsız münasibət!Adam qələt edirdi bir fikir bildirsin. Əgər bu fikir ömründə orta məktəb dərsliyindən savayı heç bir kitabı açmamış və Əbülfəz Əliyevin türkçülüyün parlaq gələcəyi barədə ilhamverici mühazirələrindən savayı heç nə eşitməmiş təzə bəyin həssas könlünə yatmırdısa, işə elmi və məntiqi dəlillər deyil, şəxsiyyətin təhqiri, ailə və etnik mənsubiyyətin alçaldılması düşürdü. Bəli, həmin andaca bu kütlə toparlanıb yumruq kimi birləşirdi və fərqli fikir sahibinə hücum edirdi.Mən, böylə rəftar və tərbiyə sahibləri ilə bir yerdə ola bilməzdim və təməlini qoyduğum təşkilatı tərk etdim. Tərk etdim və təəssüflə fikirləşdim ki, görünür, bu təşkilatın da aqibəti Kompartiya kimi olacaq, zira Sov.İKP rəhbərləri də fərqli fikir sahiblərini dinləmək əvəzinə, onlarla mükalimə aparmaq əvəzinə, onların ağzını yummaq, onları əzib heç etməklə məşğul idilər.Həmin ildə, 1989-cu ildə, bir cox vətənpərvər, əsla antikommunist olmayan insan –hüquqşünas, iqtisadçı, filosof, sosioloq, ədib və sairə - Azərbaycanın kommunist rəhbərlərinə deyirdilər ki, Qarabağı müdafiə etmək üçün mərkəzdən asılılığı azaldın, qətiyyətli siyasi mövqe tutun, SSRİ Konstitusiyasının təmin etdiyi hüquqlarınızdan istifadə edin, bəsdir kölə kimi Moskvaya baş əydiniz. Cavab olaraq ağzımızı yummağa çalışırdılar.

Deyirdik ki, kiçik sahibkarlığa yüngül sənayedə, kənd təsərrüfatında, iaşə, ticarət və məişət xidməti sahələrində imkan yaradın.Deyirdilər ki, olmaz!Deyirdik ki, fərqli düşünən adamları tutmayın, qovmayın, onlarla danışın. Deyirdilər ki, “Susun”!Axırı nə oldu? Gerçəkliklə, həyatla təmasdan qaçan AKP atıldı tarixin zibilliyinə, özlərindən razı gəzən kommunist rəhbərləri hakimiyyətə “əlvida” deməli oldular.Fərqli fikrə qarşı dözümsüzlük, şəraiti və tarixin gedişini anlamamaq xəstəliyi dərhal AXC-də özünü milli, sağalmaz xəstəlik kimi büruzə verdi.“A qardaş, sənin Nizamnamə və Məramnaməndə yazılmayıb ki, zorakılığa əl atasan, raykomlara hücum edəsən, katibləri aşırasan. Nədənsə narazısan, gözlə, seçkidə xalqdan səs alarsan, hakimiyyətə gəlib qanuni üsullarla vəziyyəti dəyişərsən”. Bunu məni-biçarə deyirdim. Əvəzində bağıran bəylərdən və hayqıran xanımlardan nə eşidirdim? “ Kommunistlərə satılmısan! KQB agentisən!” Və sairə və ilaxıra.

“Başınıza dönüm, bizə ordunun üstünə getmək lazım deyil. Ordu, əgər siyasi rəhbərlikdən əmr alsa, xalqı milçək kimi qırar”. Bunu məni-biçarə 1990-cı ilin yanvarın 7-də deyirdim. Əvəzində nə eşidirdim? “Qorxaq! Ordu gəlməz! 1989-cu il 9 aprel Tiflis hadisəsindən sonra ordu xalqa güllə atmaz!”Ordu gəldi, xalqı qırdı. AXC-nin də beli qırıldı, hakimiyyətə müzəffər yürüş edən xalq hərəkatı marginallaşıb AKP marallarından parlamentdə zor-bəla 8 faiz yer ala bildi.

Tarix elə gətirdi ki, SSRİ çökdü, yerinə MDB yarandı. Mütəllibov MDB sənədlərini imzaladı. AXC bəyləri şivən qopardılar: “Mütəllibov bizi yeni imperiyaya saldı!” Məni-biçarə dedim ki, “MDB yeni imperiya deyil, sabiq sovet respublikalarının təbii iqtisadi, hüquqi, hərbi və insani əlaqələrini tənzimləyən beynəlxalq təşkilatdır”. Əvəzində nə eşitdim? “Bəs ondan nə gözləyirdiniz? Bu adam ömrü boyu Rusiyaya işləyib!”1991-ci ilin payızında AXC bəyləri azərbaycanlı peşəkar hərbçilərə hücum çəkib onları müdafiə nazirinin kabinetindən bir-bir çölə atırdılar. Məni-biçarə nə deyirdim? “Vətən torpağında müharibə gedir. Hakimiyyəti məngirləmək xatirinə ordu quruculuğuna mane olmaq vətənə xəyanətdir, etməyin bunu!” Əvəzində nə eşidirdim? “Bu adam Mütəllibova işləyir, onun adamıdır!”Mütəllibov zəiflədi, AXC-yə bir daha koalision hökumət təklifi verdi. Dedim:” Yıxmayın onu! Heydər Əliyevin yolunda qırmızı işıqdır! Yıxsanız, DTK generalı gəlib xalqın anasını ağladacaq!” Bəylər dedi: “Özümüz olacağıq!” Soruşdum: “Hansı başla?” Qəzəblə qışqırdılar: “Bəsdir bizi təhqir etdin!”Qarabağı verib Bakını götürdülər. Sonra “milli-azadlıq mübarizəsi”nin həqiqi lideri gəldi, öz şilləvuranlarına layiq olduqları yeri göstərdi. Kim bu yerə razıdır, parlamentdə oturub xalqın malını nuş edir, kim razı deyilsə, həyatdan və siyasətdən dışarıdadır.İndi bunu Vaşinqtonda, Konqresin İnsan Haqları Komissiyasındakı dinləmələrdə kimsə dilinə gətiribsə və deyibsə ki, “Azərbaycanın ənənəvi müxalifəti marginal təzahürdür”, nə edək? Deyək ki, xeyr, belə deyil?Prezident seçkilərində namizəd irəli sürə bilməyən, seçki gedişinə ciddi nəzarət mexanizmi qura bilməyən, maliyyə vəsaitindən məhrum, təşkilatı strukturları dağıdılmış, ən əsası isə, gerçəkliyi düzgün qiymətləndirib dürüst qərar vermək üçün tələb olunan zəka qabiliyyətindən məhrum siyasi quruma nə ad versinlər?Bu, müsibətdirmi? Yox. Ölkədə marginal olan və ya olmayan qurumlar ola bilər. Nə olsun ki, Azərbaycanda ənənəvi müxalifət marginaldır. Müsibətin əsas səbəbi, başlıca səbəbi odur ki, onu bu marginallığa gətirmiş mərəz hakimiyyətin də ilıyinə və beyninə işləyib, həqiqəti görmək istəmir, söz eşitmir və heç nə anlamır!Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.


Açar sözlər : 

Yazılıb da (də)   2018 may 20  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin