“NTV” agentliyinə istinadən verilən xəbərə görə, ABŞ və Qvatemaladan sonra Cənubi Amerika ölkələrindən Paraqvay da bu yaxınlarda İsraildəki səfirliyini Tel Avivdən Qüdsə köçürəcək.
Arannews-Paraqvay xarici işlər naziri Eladio Loizaga deyib ki, mayın 22-də səfirliyin yeni binasının açılşının nəzərdə tutulur.Məlumata görə, Paraqvay dövlət başçısı Horacio Cartes də açılış mərasimində iştirak edəcək.Qeyd edək ki, 8 ay əvvəl səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar Paraqvada narazılıqlara yol açmışdı. İki ay sonra dövlət başçısı postuna keçəcək olan Marlo Abdo Benitez bu məsələ barədə ona məlumat verilmədiyini deyib.