Tarix : 2018 May 21
Kod 55338

Ermənistanın təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Arannews-Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib:"Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olub. Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk.Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır.Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"

  • Yazılıb
  • da (də) 2018 May 21
  • Göndərən مدير سايت Aran News