Tarix : 2018 May 21
Kod 55342

İşçi Qrupun növbəti iclası mayın 21-24-də keçiriləcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası mayın 21-24-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Arannews-Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinindən məlumat verilib. 

Bildirilib ki, bununla əlaqədar, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

  • Yazılıb
  • da (də) 2018 May 21
  • Göndərən مدير سايت Aran News