Tarix : 2018 May 21
Kod 55343

H.Hacıyev: "Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir"

"Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir"

Arannews-Azərbaycan Respublikasinin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun şəhid olmasına münasibət bildirib.XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir: "Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

  • Yazılıb
  • da (də) 2018 May 21
  • Göndərən مدير سايت Aran News