Tarix : 2018 May 22
Kod 55348

Paşinyandan ''yeni'' nəfəs

Qonşu ölkədə baş verənlərlə maraqlananlar arasında Qarabağ münaqişəsinin dinc həllinə bəslənən ümidlərin növbəti dəfə puça çıxdığını anlayanlar, yəqin ki, az deyil.

Arannews-Ermənistanın yeni lideri bir neçə siyasi addımı və bəyanatı ilə sübut etdi ki, “velvet inqilab” hələlik sadəcə hakim zümrə daxilində yerdəyişmədir və Qarabağ münaqişəsi ilə bağlı siyasi gedişatda heç bir müsbət yenilik gözləməyə əsas yoxdur.Birincisi, Paşinyan Baş nazir seçilməzdən əvvəl rus mediasında əməlli ağlaşma başlanmışdı: Ay aman, növbəti Maydan! Ermənistan Ukrayna yolu ilə Qərbə gedir! Satdı bizi ermənilər! Haram olsun onlara bizim duz-çörək! Onları biz adam eləmişik! Biz onları qaraçı qismətindən xilas edib gətirib öz torpaqlarımızda məskunlaşdırmışıq! Biz onlara dövlət qurmuşuq! Biz onları qırılmaqdan qorumuşuq! Biz olmasaydıq, onlar haradaydı?İş o yerə çatdı ki, “Qazprom”un vitse-prezidenti Mixail Leontyev “Komsomolskaya pravda” radiosunda elan etdi: “Qoy ermənilər cəhənnəm olsunlar!” (rusca belə səslənirdi: “пусть катятся колбаской»). Təbii ki, ermənilər onu “Youtube”-da söyməyə və hətta ölümlə hədələməyə başladılar.Bütün bu dilxoşluqlar Paşinyana Baş nazir seçilməyə mane olmadı. Lakin bir var vəzifəyə seçiləsən, bir də var vəzifədə qalasan. Ermənistanda hamı gözəl bilir ki, bu ölkədə ali məqamda qalmaq üçün gərək Moskvadan icazən olsun. İcazəni isə yalnız tərbiyəli və sözəbaxan uşaqlara verirlər.

Paşinyan Moskvaya sübut etdi ki, o, əsl sözəbaxan adamdır. Bunun üçün, o, Qarabağ münaqişəsi qəfəsindən çıxmayacağını göstərdi. Nə etdi? İlk səfərini Xankəndinə etdi, orada Ermənistanda sabiq İkinci katib rolunu ifa edən Bako Saakyanla görüşdü və Qarabağ ermənilərinə dedi ki, möhkəm durun!Sonra elan etdi ki, ondan əvvəlki erməni rəhbərləri zəif işləyiblər, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu Azərbaycana tanıtdıra bilməyiblər. Yəni bu işi mən görə bilərəm və görəcəyəm!Sonra dedi ki, Dağlıq Qarabağ Respublikasının sülh danışıqlarından kənarda qalması ədalətsizlikdir və DQR danışıq tərəfi olmalıdır.Daha sonra dedi ki, Rusiya Azərbaycana silah satışını dayandırmalıdır və o, Nikol Paşinyan, artsaxlılar ilə birlikdə heç vaxt Azərbaycanın hərbi ritorikasından çəkinməyəcək!Yəni Rusiyaya ismarıc göndərdi ki, ayə, qorxmayın, mən elə həmin sizin əl ermənilərindənəm, nə desəniz, edəcəyəm, deyirsiz otur Qarabağ münaqişəsi qəfəsində, oturacağam da, cınqırım da çıxmayacaq!Beləliklə, Moskvaya tələb olunan işarələri verəndən sonra Ermənistanın yeni lideri yollandı Soçiyə, Avrasiya İttifaqının zirvə görüşünə. Orada onu xeyli məmnun Putin və digər siyasi canavarlar gözləyirdi. İlk baxışdan göründü ki, Paşinyan onlardan biridir və ümumiyyətlə, canlara dəyən oğlandır.Yerevanda camaat daha atılıb-düşmür, küçələrdə rəqs də etmir. Xalq qələbə çaldı, liderini hakimiyyətə gətirdi, indi lider xalq üçün işləyəcək. Cəmiyyət qürur və iftixar hisslərinin böyüklüyündən hələ də özünə gələ bilmir. Yəni bunu biz edə bildik? Milləti 20 il minmiş Qarabağ klanını aşıra bildik?

Bəli, tarixi qələbədir. Şuşanın türklərdən azad edilməsindən sonra erməni xalqının müasir tarixində ikinci ən parlaq qələbədir. Qoy türklər baxıb paxıllıqdan yanıb-yaxılsınlar! Baxın a, yana-yana qalın a! Görün “velvet inqilab” necə olar! Baxın görün Putin Paşinyanla necə mehriban və sevincək görüşür!Moskvada daha həyəcan zənglərini çalmırlar, Ermənistanın Ukrayna yolu ilə gedəcəyindən qorxmurlar. Mixail Leontyev Nikol Paşinyana məktub yazıb sərt ifadələrinə görə üzr istədi, dedi ki, mən elə bilirdim sən Ermənistanı Qarabağ qəfəsindən çıxarmaq istəyirsən, ona görə əsəbiləşmişdim. Bağışla, “kusura baxma”!Amma Moskvada Ermənistan müzakirələri davam edir. Bir tərəfdən baxıb görürlər ki, Nikol Paşinyan Ermənistanın indiyədək qoşulduğu hərbi-siyasi-iqtisadi birlik və müqavilələrə sadiq qalacağına söz verir. O biri tərəfdən baxıb görürlər ki, Paşinyanın təzə hökumətində əksər nazirlər Qərb təhsili görmüş və Qərb təşkilat və şirkətlərində işləmiş adamlardır. Bir tərəfdən inanmaq istəyirlər ki, hər şey əladır, o biri tərəfdən gizli şübhələr inamı gəmirib ağlı çaşdırır.Rusiya nə etməli? Əliqoynunda Yerevandakı yeni-yeni dəyişiklikləri gözləməli, yoxsa elə indidən bu hökuməti yıxmalı? Yıxmaq asandır, sadəcə bəsdir ki, Bakıya zəng edib desinlər: “Qarabağ məsələsi daha bizlik deyil”.Elə həmin andaca Moskvanın qorxusundan deşikdən çıxmayan müharibə siçanı deşikdən çıxıb ora-bura qaçmağa, quyruğu ilə saxta sülhü və qayırma təhlükəsizliyi dağıtmağa başlayacaq. Kifayətdir ki, Azərbaycan işğal olunmuş ərazisinin yarısını azad etsin, Yerevanda camaat küçələrə tökülüb “Paşinyan, itil!” qışqıracaq.Zira Artsax məsələsi erməni təfəkküründə soyqırımdan sonra ikinci yeri tutur.O biri tərəfdən, baş vermiş dəyişikliyin əhəmiyyətini azaltmaq mümkün deyil. Paşinyanın hərəkatı Qarabağ mafiyasının əlindən hakimiyyəti əməli olaraq alıb. Yeni hökumətdə Respublikaçılar Partiyasından, demək olar ki, heç kəs yoxdur. Yeni nazirlər, xalqa söz verildiyi kimi, korrupsiyanın kökünü kəsməklə və insanlara işləyib-qazanmaq azadlığını təmin etməklə məşğul olacaqlar.Saakaşvilinin Gürcüstanda yaratdığı möcüzə başqa postsovet xalqlarında həsəd və ümid doğurur, hamı ümid edir ki, “gün gələr, biz də öz harın oğrularımızın qulağından tutub dartar, haqq-hesab tələb edərik”.Bu Saakaşvili möcüzəsinin sirri qəliz deyil, sadəcə siyasi iradə tələb olunmalıdır, korrupsiyanın cilovlanması və məhvi texnologiyası çoxdan bəllidir.Kifayətdir ki, hamı bilsin: xalqın hamısının barmaq ilə göstərdiyi bəlli və məşhur oğrunu başda birinci şəxs olmaqla dövlət cihazı müdafiə etməyəcək!Yaxşı, götürək ki, Paşinyan və komandası Ermənistanda hakim zümrənin korrupsiyasının qarşısını ala bildi, indi büdcədən oğurlanan və qaçırılan pullar sadə camaata çatdı və hələ Serj Sarkisyanın hakimiyyəti dövründə orta aylıq maaşı İlham Əliyev Azərbaycanının vətəndaşlarının orta aylıq maaşından artıq olan erməninin maaşları bir az da artdı.Sonra nə? Götürək ki, gömrük məmurlarının zəli kimi ərbablardan sorduqları vəsait də şəxsi ciblərə deyil, biznesin inkişafına yönəldi, nəticədə Ermənistanın iqtisadi inkişafı daha da sürətləndi.

Daha nə? Götürək ki, Ermənistanın beynəlxalq aləmdə hörməti bir az da artıb Azərbaycanın kürü diplomatiyası, ofşor siyahıları və siyasi məhbuslar sayəsində manatın məzənnəsi səviyyəsinə düşmüş hörmətini bir tərtib də üstələdi. Sonra nə? Heç nə. Canım sizə nə desin ki, canınız rahat olsun?Əşi, fikir verməyin, dilxor olmayın, gedin kitab mağazasına, Heydər Əliyevin, İlham Əliyevin, Ramiz Mehdiyevin dürlü-dürlü kitablarından alın, qayıdın evinizə, qarşınıza pürrəngi bir stəkan çay qayun, qurtum-qurtum içə-içə varaq-varaq oxuyun, oxuyun, oxuyun, bir də görəcəksiniz ki, şirin yuxuya dalmısınız və həmin şirin yuxuda Azərbaycanın cəmi müşkülləri “filfilo!” həllini tapıb.Xoş amədin. Salamat qalın. Rəhmətlik Murtuz Ələskərov fransız müharibə veteranlarına demişkən, “Aufiderzeyn”.Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

  • Yazılıb
  • da (də) 2018 May 22
  • Göndərən مدير سايت Aran News