Tarix : 2018 May 22
Kod 55351

Səudiyyədə qadınların avtomobil sürmək hüququnu tələb edənlər həbs olundu

Səudiyyə Ərəbistanında qadınların avtomobil sürmək hüququnu tələb edən fəallar həbs edilib

Arannews-Səudiyyə Ərəbistanı rəsmiləri ölkənin üç tanınmış qadın hüquqları müdafiəçisi daxil olmaqla, ən azı altı fəalı həbs edib. Həbslər krallığın qadınların avtomobil sürməsi ilə bağlı qadağanı qaldırılacağı gündən bir neçə həftə öncəyə təsadüf edir.Associated Press agentliyi həbs edilən iki nəfərinin qohumları ilə əlaqə saxlaya bilib. Anonimliyinin saxlanılması şərti danışan bir fəal bildirib ki, beş nəfər çərşənbə axşamı, altıncı fəal isə cümə axşamı saxlanılıb. Digərləri isə həbs olunmaq qorxusu ilə yaşadıqlarını, bəziləri isə xaricə səfər etməkləri qadağan edildiyini bildirib.Hökümətin sözçüləri şərhlə bağlı müraciətlərə cavab verməyiblər.

Tanınmış fəallara qarşı təzyiqlər Səudiyyə Ərəbistanının 24 iyun tarixində qadınların avtomobil sürməsi ilə bağlı dünyanda yeganə olan qadağanı qaldırmaqdan beş həftə öncə baş verir. Bu qadağanın qaldırılması krallıqda qadınların hüquqlarının genişləndirilməsi istiqamətində ilk əhəmiyyətli addım kimi qiymətləndirilir.Çərşənbə günü həbs olunanlar arasında qadınlara avtomobil sürmək icazəsi verilmədiyi üçün höküməti İnternet vasitəsilə tənqid etdiyinə görə, 2014-cü ildə 70 gün həbsdə saxlanılan Lucain Əl-Hətlul da var.Digər saxlanılanlar Eman Əl-Nəfcan və Əzizə Əl-Yusif ən tanınmış qadın hüquqları fəallarıdır. (amerikanın səsi)

  • Yazılıb
  • da (də) 2018 May 22
  • Göndərən مدير سايت Aran News