Tarix : 2018 May 25
Kod 55378

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.
Arannews-Fonddan verilən məlumata görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 07 iyun 2018-ci il saat 15:20-da davam etdiriləcək."Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir", - deyə müraciətdə vurğulanıb.(apa)

  • Yazılıb
  • da (də) 2018 May 25
  • Göndərən مدير سايت Aran News