Suriya prezidenti Bəşşar Əsəd mayın 24-ü Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrantyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.SANA
Arannews-Lavrantyev görüşün əvvəlində Suriya ordusunun paytaxt Dəməşq və ətrafının tamamilə terrorçulardan təmizlənməsi münasibətilə prezident Putin və Rusiya rəhbərliyinin Suriya xalqı, ordusu və Əsədə təbriklərini çatdırıb. Bunun müqabilində B.Əsəd Rusiyanın bu qələbəyə şərik olduğunu qeyd edərək, Suriyanın hər qarış torpağının azad edilməsi və xalqının təhlükəsizliyinin təmin olunmasına qədər bu kimi qələbələrin davam edəcəyini vurğulayıb.
Lavrantyev və Əsəd Soçi Konfransının nəticələrini həyata keçirilməsində olan birgə səyləri müzakirə ediblər, eləcə də siyasi proses və yenidənqurma prosesini sürətləndirmək imkanlarını araşdırıblar.
Əsəd dar baxış və maraqlara malik bir qisim dövlətlərin Suriyada siyasi proses və səylərə mane olmağa çalışdıqlarını bildirib. Bu dövlətləri minimum səviyyədə olsa da, onları real davranmağa dəvət edən Əsəd, eyni zamanda terrora dəstəklərini kəsib siyasi işlərə daxil olmalı olduğunu qeyd edib