Tarix : 2018 May 26
Kod 55386

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Dünən Azərbaycan Prezidenti İlham Əliyev 634 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı imzalayıb. Əfv sərəncamı ilə bir neçə inanclı da azadlığa çıxıb.

Arannews-Sərəncamla bəzi ruhanilərin də azadlığa çıxması gözlənilsə də, sərəncamda onların adı çəkilməyib.FaktXəbər-in məlumatına görə, bu gün cümə namazında Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Ali-Haşim çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.O, 634 nəfərin əfv edilməsi məsələsinə münasibət bildirərək, "İlham Əliyevdən istəyirəm ki, mübarək Ramazan aynın hörmətinə həbsdə olan ruhanilərin də azadlığa çıxmasına şərait yaratsın", - deyə bildirib.

  • Yazılıb
  • da (də) 2018 May 26
  • Göndərən مدير سايت Aran News