Tarix : 2018 May 26
Kod 55392

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Vəliyyi fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi Azərbaycan Respublikası hökumətindən dindar məhbusları azad etməsini istəyib

.AranNews - Vəliyyi fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Azərbaycan Respublikası hökumətindən istəyib ki, mübarək Ramazan ayına xatir dindar məhbusları azad etsin.Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim Azərbaycan Respublikası hökumətinin islamçılarla qeyri-münasib davranışlarına işarə edərək deyib: “Bir yaxınlarda cənab İlham Əliyev bir neçə məhbusun azadlığa buraxılması ilə bağlı sərəncam verib. Amma onların arasında cəmi on nəfəri dindar olub. Gözləntimiz budur ki, daha çox dindar həbsdən azad olunsun.”İmam cümə xütbəsinin digər hissəsində deyib: “Mən Azərbaycan Respublikasının dostu və qonşusu kimi onlardan istəyirəm ki, mübarək Ramazan ayı xatirinə daha çox dindar məhbusun ki, onlardan bəziləri həm də ruhanidir – azadlığa buraxılması üçün şərait yaratsın.”

  • Yazılıb
  • da (də) 2018 May 26
  • Göndərən مدير سايت Aran News