Arannews-İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, bu barədə Sumariya Agentliyi agah mənbələrə istinadla məlumat verir. 
Bildirilib ki, baş nazirlik kürsüsü üçün möhtəməl namizədlər arasında Heydər əl-Abadi daha çox şanslı görünür.

Heydər əl-Abadi
 
Məlumata görə, Haşdu-Şabinin sabiq rəhbərlərindən biri Falih əl-Fəyyaz, Müqtəda Sədrə yaxın olan və parlamnet spikerinin müavini  Qusay əs-Suheyl, eləcə də “Hizbud-Dəvət əl-İslamiyyə” partiyasının üzvü tannmış siyasətçi Məhəmməd Şiya əs-Sudani baş nazir ola bilərlər.

Falih əl-Fəyyaz

Qusay əs-Suheyl
 

Məhəmməd Şiya əs-Sudani
 
Agah mənbə Sədr cinahının namizədinə gəldikdə isə bildirib ki bu fraksiya ilk mərhələdə Əli Dəvai adlı siyasətçini irəli sürmüşdü, lakin sonra fikrini dəyişərək, Cəfər əs-Sədrin üzərində dayanıblar.
 
“Fəth” koalisiyası Saleh əl-Həsnavi və eləcə də Diya əl-Əsədi adlı Haşdu-Şabi tərəfdarları üzərində dayana bilərlər.
 
Qeyd edək ki 12 mayda İraq parlament seçkilərində parlament yerlərinin 54-ü Sədrin liderlik etdiyi "Sairun" əldə etmiş, ikinci yeri Haşdu-Şabi -nin sabiq komandiri Hadi əl-Amirinin başçılıq etdiyi "Fəth" koalisiyası, üşüncü yeri isə hazırki baş nazir Heydər əl-Abadinin "Nəsr" fraksiyası əldə etmişdi.