Tarix : 2018 May 28
Kod 55401

Təbrizdə Azərbaycan Respublikasından gəlmiş qonaqların iştirakı ilə “Xürrəmşəhrin azadlığı”

Təbrizdə Azərbaycan Respublikasından gəlmiş qonaqların iştirakı ilə “Xürrəmşəhrin azadlığı” mövzusunda şer gecəsi keçirildi
AranNews – Əmin Ədəbi Əncüməninin sədri şer gecəsi ilə bağlı “İSNA”-ya verdiyi açıqlamasında deyib: “Bu şer gecəsi Xürrəmşəhrin Əmin Ədəbi Əncüməni, Təbriz Bələdiyyəsi, Müqəddəs Müdafiə Əsərlərinin Qorunması və Dərəylərinin Nəşri Fondunun təşəbbüsü və Şərqi Azərbaycanın İslami İrşad və Mədəniyyət İdarəsinin yardımı ilə keçirildi.”Muxtar Sədrməhəmmədi müsahibəsinin davamında deyib: “Şer gecəsində Şərqi Azərbaycanın Xosrovşəhr, Sərab, Bostanabad, Mərənd, Sərdrud və s. kimi şəhərlərindən dəvət olunmuş şairlərlə birlikdə Azərbaycan Respublikasından da dəvət olunmuş şairlər iştirak edirdi.”Ədəbi məclisin Xürrəmşəhrin azad olunması ilə bağlı olduğunu bildirən sədr deyib: “Ali Məqamlı Rəhbərin “Qarabağ İslam torpağıdır” bəyanatına əsasən, bizim baxışımız Qarabağa tərəf çevrilir ki, Azərbaycan Respublikası xalqı oyansın və İslam torpağını azad etsin. Ona görə də bizim şairlərimiz şer gecəsi çərçivəsində “vəhdət, birlik və həmrəylik” devizi ilə bir yerə toplandı. Oxunan şerlərdən bəziləri də Qarabağın azad olunması mövzusunda idi.”Qeyd edək ki, şer məclisində Qarabağ Azadlıq Təşkilatının sədr müavini Barat İmani və Bakı şəhər şairlərindən olan Tağı Kazimov da iştirak edirdi. Onlar şer məclisinin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər, Xürrəmşəhrin azad olunması münasibətilə İran xalqını təbrik etdilər və belə mərasimlərin davamlı olmasının zəruriliyini vurğuladılar. Habelə, Azərbaycan Respublikasında da buna oxşar mərasimlər keçirməyə hazır olduqlarını bildirdilər.Şer gecəsi məclisində Şərqi Azərbaycanın bir sıra dövlət məsulları, o cümələdən Müqəddəs Müdafiənin Əsərlərinin Qorunması və Dəyərlərinin Nəşri Fondunun sədri sərdar Cəfəri, Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Səidi, İslami İrşad və Mədəniyyət Baş İdarəsinin müdiri doktor Məhəmmədpur, Şərqi Azərbaycan Azad İslam Universitetinin rektoru doktor Cavanpur, Təbriz İqtisadiyyat Universitetinin müəllimi doktor Məhəmmədəli Mütəfəkkirazad, doktor Ənzabi, Peyam-Nur Universitetinin İdarə Heyətinin sədr müavini doktor Qənizadə, Təbriz Universiteti Humanitar Elmlər İnstitutunun rəhbəri doktor İzədi, Şərqi Azərbaycan Kənd Təsərrüfatı Universitetinin rektoru doktor Möhsini, Bəsic Müəllimlər Təşkilatının sədri doktor Cədiri, Təbriz Universitetinin tarix müəllimi doktor Naibyan və digər mədəniyyət xadimləri, ədəbi şəxsiyyətlər iştirak edirdi
  • Yazılıb
  • da (də) 2018 May 28
  • Göndərən مدير سايت Aran News