Tarix : 2018 May 28
Kod 55402

Təbriz əhalisinin təmsilçisi Azərbaycan Respublikası başçılarına xitab edibƏgər erməni işğalına son qoymaq istəyirsinizsə, İmam Hüseyndən (ə) örnək alın və heç bir qorxunuz olmasın.

.Xürrəmşəhrin azad olunması münasibətilə Əmin Ədəbi Əncüməni Təbrizdə müqavimət şer gecəsi təşkil edib. Təbriz Bələdiyyəsini konfrans salonunda keçirilən məclisdə İran və Azərbaycan Respublikasından dəvət olunmuş şairlər, dövlət məsulları, universitet müəllimləri vəmədəniyyət xadimləri iştirak edib.
AranNews-in “İSNA”-ya istinadla verdiyi xəbərə görə, Xürrəmşəhrin azad olunması münasibətilə Əmin Ədəbi Əncüməni Təbriz Bələdiyyəsi və Müqəddəs Müdafiə Əsərlərinin Nəşrivə Dəyərlərinin Qorunması Fondunun iştirakı ilə şənbə günü müqavimət şer gecəsi təşkil edib. Təbriz Bələdiyyəsini konfrans salonunda keçirilən məclisə İran və Azərbaycan Respublikasındandəvət olunmuş şairlər, dövlət məsulları, universitet müəllimləri və mədəniyyət xadimləri iştirak edib.Ədəbi yığıncaqda çıxış edən Təbriz, Üsku və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi Məhəmməd İsmayıl Səidi İranda İslam İnqilabının qələbəsindən sonra inqilabın mahiyyətinin dünya imperializmi ilə təzad təşkil etdiyini bildirərək deyib: “İran İslam İnqilabınınmahiyyəti imperializmə və küfrə qarşı olduğu üçün dünya imperializmi əvvəldən bu inqilabla müxalifət etdi.”Səidi İrana zorla qəbul etdirilmiş 8 illik müharibəyə “Müqəddəs Müdafiə” adı verilməsini də izah edərək deyib: “Bu 8 illik müharibədə öz dövlət, ölkə, inqilab, din və namusumuzu qoruduq.”Xürrəmşəhrin fəth olunmasını İslam İnqilabının parlaq məqamlarından olduğunu deyən İslami Şura Məclisinin nümayəndəsi vurğulayıb: “İslam İnqilabının mahiyyətinə və İslami bir hökumətin əsasını qoymasına diqqət etməklə imperializmin bizimlə sazişə getməyəcəyi təbiidir. Ona görə də əvvəldən İnqilaba qarşı geniş şəkildə məkirli planlar həyata keçirməyə başladılar.”Təbriz, Üsku və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi işğal edilmiş Qarabağ ərazisinin azad olunmasının yolu barədə Azərbaycan Respublikası başçılarına xitab edərək deyib: “İşğala son qoymaq istəyirsinizsə, İmam Hüseyndən (ə) örnək alın və heç bir qorxunuz olmasın. İran xalqı da İmam Hüseynə (ə) və Kərbəla mədəniyyətinə iqtida edərək Allahın izni ilədüşmənə qalib gəldi.”
  • Yazılıb
  • da (də) 2018 May 28
  • Göndərən مدير سايت Aran News