Tarix : 2018 May 30
Kod 55407

Qarabağ Azadlıq Təşkilatının sədr müavini: Xürrəmşəhrin fəth olunduğu gün müqavimət günüdür

Xürrəmşəhrin fəth olunduğu böyük qələbə gününün ildönümü münasibətilə İran xalqını təbrik edirəm. Xürrəmşəhrin fəth olunduğu gün “müqavimət günü”dür və İran xalqı bu qələbə ilə özünütəsdiq etdi.

AranNews-in “İSNA”-ya istinadla verdiyi xəbərə görə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədrmüavini Xürrəmşəhrin azad olunması münasibətilə Təbrizdə keçirilən “Müqavimət Şer Gecəsi” tədbirində iştirak edib. Barat İmani İSNA-ya verdiyi müsahibəsində deyib: “Xürrəmşəhrin fəth olunduğu böyük qələbə gününün ildönümü münasibətilə İran xalqını təbrik edirəm. Xürrəmşəhrin fəth olunduğu gün “müqavimət günü”dür və İran xalqı bu qələbə ilə özünü təsdiq etdi.”Qarabağ Azadlıq Təşkilatının neçə ildir ki, Qarabağın azadlığı uğrunda mübarizə apardığını diqqətə çəkən və Təbrizdə baş tutan Müqavimət Şer Gecəsinə işarə edən sədr müavini vurğulayıb: “Bu kimi tədbirlərin keçirilməsi çox faydalıdır. Belə konfrans və proqramların davamlı olması zəruridir. Azərbaycan Respublikasında da belə tədbirlərin keçirilməsinə ehtiyac vardır.”Barat İmani maqaviməti daim insan üçün xatırlanması lazım olan bir məktəb adlandıraraq deyib: “Biz sülhsevərik. Çünki İslam sülh dinidir. Biz heç vaxt müharibə baş verməsini istəmirik. Amma torpaqlarımızı işğal edənlər qarşısında müqavimət göstərəcəyik.”QAT-nın sədr müavini müsahibəsinin davamında deyib: “Qarabağda torpaq və məscidlərin işağl olunmasına diqqət etməklə bildirirəm ki, müharibə hələ bitməyib. İnşallah, Qarabağ azad olacaq və biz də bu gün kimi (Xürrəmşəhrin azad olunmasının ildönümü günü) İran şairlərini Bakıya dəvət edəcəyik.”Şəhidlərin xatirəsini əbədi saxlamağın lüzumuna toxunan Barat İmani deyib: “Biz bu dünyada köçəcəyik, amma canlarını İslam yolunda fəda edənlər və şəhid olanlar əbədi olaraq qalacaq.”O, sonda vurğulayıb: “Bu kimi (şer gecəsi) proqramlar şəhidlərin xatirəsini yad etmək üçündür. Bu tədbiri təşkil edənlərə öz minnətdarlığımı bildirirəm.”Şer gecəsində Qarabağ müharibəsi boyu İranın Azərbaycanın müsəlman xalqına yardımlarından bir hissəsini əks etdirən Qarabağla bağlı çəkilmiş “Arazın dayaz günü” sənədli filmi nümayiş etdirilib.Qeyd edək ki, Xürrəmşəhrin azad olunması münasibətilə “Müqavimət Şer Gecəsi” məclisi Əmin Ədəbi Əncüməninin təşəbbüsü, Təbriz Bələdiyyəsi, Müqəddəs Müdafiə Əsərlərinin və Dəyərlərinin Qorunması Fondunun əməkdaşlığı ilə Təbriz Mərkəzi Bələdiyyəsinin konfrans salonunda keçirilib. Ədəbi yığıncaqda İran və Azərbaycan Respublikasından dəvət almış şairlər, dövlət məsulları, universitet müəllimləri və mədəniyyət xadimləri iştirak edib.


  • Yazılıb
  • da (də) 2018 May 30
  • Göndərən مدير سايت Aran News