Rusiya Ramazan ayında xaricdən imamlar dəvət edib. Rusiya dövləti öz ölkəsinin məscidlərində imamlıq etmək üçün Türkiyə, Misir və Yəməndən 35 din xadimi dəvət edib. Onlar müqəddəs Ramazan ayı ərzində məscidlərdə xidmət göstərəcəklər. Təklif Rusiya Müftilər Şurası tərəfindən irəli sürülüb.
  Arannews:truth.ngo-Qurumun mətbuat xidmətindən bildirilib ki, dəvət edilən din xadimləri Moskva şəhərində, Başkiriyada, Nijni Novqorod, Saratov və Sverdlovskiy bölgələrində Ramazan ayı boyunca inanclılara xidmət göstərəcəklər.Bu həmən Rusiyadır ki, ərazisində baş verən müharibələrin hamısı özlərini “müsəlman” adlandıranlar tərəfindən alovlandırılıb, həmçinin də ölkədə baş verən terror hadisələrin tam əksətiyyətini yenə də həmən “müsəlmanlar” həyata keçirib. Amma buna baxmayaraq Rusiya dövləti nəinki İslam dininə qarşı mübarizəyə qalxmayıb, əksinə xarici müsəlman ölkələrindən din xadimləri dəvət edərək öz xalqını həqiqi İslamla tanış edir, ölkə ərazisindəki müsəlmanları maarifləndirir ki, gələcəkdə İslam adından istifadə edən vəhhabi cinayətkarların toruna düşməsinlər. Bəli, bunlar xristian ölkəsi olan Rusiyada baş verir.Amma… Müsəlman ölkəsi olan, ərazisində  “İslam həmrəyliyi ili”, “İslam olimpiadası” və s. kimi riyakar tədbirlər keçirən Azərbaycan Respublikası hakimiyyətinin fəaliyyətlərinə qısaca nəzər salanda isə, xristian ölkəsi olan Rusiyanın İslama münasibətinin tam əksini müşahidə edirik:– Rusiya vəhhabiliyi aradan apararaq ölkəsinə həqiqi İslamı dəvət edirsə, Azərbaycan hakimiyyəti  öz müsəlman xalqının 100 illərdir yaşatdığı həqiqi İslamı – ŞİƏ təriqətini məhv edərək, yerinə vəhhabilik, nursilik, bəhailik və s. kimi sionist əqidələrini gətirməklə məşğuldur.– SSRİ dağılandan sonra Ərəbistan və Küveytdən olan vəhhabi emissarlar Azərbaycan ərazisində 73 vəhhabi məcsidi inşa etdilər.  Amma  Azərbaycan hakimiyyəti xarici vətəndaşlara bircə ŞİƏ MƏSCİDİ tikməyə belə icazə verməyib. Uzun xahiş-minnətdən, Naxçıvana və Qarabağa edilən yardımlardan sonra, İran İR-na yalnız bircə Hüseyniyyə inşa etməyə icazə verilib ki, o da İran səfirliyinin Mədəniyyət Mərkəzinin nəzdində.– Əhalisinin tam əksəriyyətinin şiələrdən ibarət olduğu Azərbaycan Respublikası xalqına qarşı yeridilən bu siyasət – Xalqa və İslama  qarşı XƏYANƏT və DÜŞMƏNÇİLİK deyilmi? Buna ayrı ad vermək mümkündürmü?– Azərbaycanda oturub Vətəni təhqir edən, cavanları aldadaraq Suriya və İraqda baş kəsən İŞİD sıralarına qoşumaq üçün xaricə göndərən şərəfsiz vəhhabi lotuları azad şəkildə öz çirkin niyyətlərini həyata keçirdikləri bir vaxtda,  ölkənin ən qeyrətli, vicdanlı və namuslu övladları olan ŞİƏ DİNDAR balalar müxtəlif bəhanələrlə şərlənərək öldürülüb və zindanlarda çürüdülməkdən ötrü həsb ediliblər! Bunu edənlər müsəlman Azərbaycan xalqının və İslamın düşmənləri deyilmi?İlham Əliyevin rəhbərlik etdiyi – keçmiş kommunistlər və DTX casuslarından ibarət ateist komanda zənn edir ki, İslamı boğmaqla hakimiyyətdə qalmağa və bu xain idarəçiliyi öz övladlarına ötürməyə nail olacaqlar.  Amma unudurlar ki, onların müharibə elan etdikləri İslamın SAHİBİ var! Və O, Azərbaycan hakimiyyətinin yolunu getdiyi Misir fironunun və onun kafir komandasının nəslini bir gecədə kəsdi! Və sonradan da Quranı göndərərək dəfələrlə təkrar etdi ki, “bunlar başqalarına ibrət olmalıdır” və “bu hadisələrdə  ağıl sahibləri üçün ibrətlər var”.