İsrail mətbuatı iddia edir ki, Rusiya və İsrail İran və Hizbullah qüvvələrinin Suriyanın cənubundakı əməliyyatlara qatılmamaları haqda razılığa gəliblər.
  Arannews-Yaxın Şərqdə döyüş cəbhələrinin vəziyyətini yaxından izləyən “əl-İlam əl-Hərbi ” media qurumuna istinadla xəbər verir ki, İsrail mətbautı son günlərdə Rusiya-Təl-Əviv razılığından yazırlar.Bundan öncə Suriya Ordusu və müttəfiq qüvvələri ölkənin mərkəzi hissəsini tam olaraq qruplaşmalardan təmizləmiş daha sonra İordaniya və işğal edilən Colan Yüksəklikləri zolağındakı əraziləri təmizləmək üçün qüvvələrini səfərbər etmişdilər. Bundan narahat olan İsrail və Amerika Suriya Ordusuna və müttəfiqlərinə xəbərdarlıq etmişdi. ABŞ Suriya Ordusuna xəbərdarlıq etdiyi kimi, İsrail də Rusiya ilə danışıqlara keçərək İran və Hizbullah qüvvələrinin bu əməliyyatlara qatılmamağını tələb etmişdi.İsrail mətbuatı iddia edir ki, Rusiya da razılıq verib ki, İran və Hizbullah cənub əməliyyatlarına qatılmayacaq. Sionist rejimi mətbuatı bildirib ki, İsrail təkcə Suriya Ordusunun cənub əməliyyatlarına (Dəra və Qunaytara əyalətlərində qruplaşmaların nəzarətində qalan bölgələr) qatılmasına razılıq verəcək.Bu məlumat rəsmən təsdiqini tapmayıb.Səudiyyə Ərəbistanın əl-İlaf qəzeti daha maraqlı iddia irəli sürərək, bu haqda İordaniyada İsraillə İran rəsmiləri arasından danışıqların olduğunu iddia edib.Bəzi Suriya mənbələri isə bildirir ki, son zamanlarda Suriyada İranla İsrailin toqquşması Rusiyanı narahat edib. Ona görə də tərəfləri sakitləşdirməyə məsələni həll edərək, Suriyada İran-İsrail müharibəsinin baş verməsinin qarşısını almağa çalışır.