Qüdsdə çıxan Əlminar adlı fələstinli qəzet yazıb ki, bir sionist həkim qrupu Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanı müalicə prosesinə nəzarət etmək üçün bu ölkənin paytaxtı Ərriyada daxil olub.
  Arannews-Muhəmməd bin Salman aprelin 21-dən və Ərriyad şəhərinin Əlxəzami məntəqəsində səud kral sarayının yaxınlığında baş verən atışma hadisəsindən sonra media və ictimaiyyət qarşısına çıxmayıb və onun taleyi barədə bir məlumat yoxdur. O, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ərəbistana son səfərində də medialarda görünməyibdir.Əlminar qəzeti bu xəbəri verərək, səud vəliəhdinin Əlxəzami məntəqəsindəki sarayında çevrilişin baş verməsinin düz olduğunu təsdiq edib və vurğulayıbdır ki, həmingecəki çevriliş zamanı Muhəmməd bin Salmana iki güllə dəyib və o, ayağından yaralanıbdır.Soutulərəb saytı da bu gün bildiribdir ki, amerikalı mənbələr səud vəliəhdinin Əlxəzami məntəqəsində yerləşən sarayda baş verən atışma zamanı yaralandığını və vertolyotla həmin məkandan çıxarıldığını təsdiq ediblər.Bəzi mənbələrin sözlərinə görə, səud vəliəhdi Almaniyada gizli müalicədən sonra Ərəbistana geri dönübdür. Bu xəbər Ərəbistanın rəsmi informasiya agentliyinin səud vəliəhdinin mayın 25-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefonla danışdığını bildirməsindən sonra yayılıbdır.