Tarix : 2018 May 31
Kod 55423

İsrail əsgərləri Fələstin qaçqın düşərgəsinə basqın edib – Foto

Yerli mənbələrin məlumatına görə, çoxlu sayda İsrail əsgəri bu gün səhər Ramallah yaxınlığındakı Əl-Amari Fələstin qaçqın düşərgəsinə basqın edib.
Arannews-Basqına etiraz edən fələstinlilərlə əsgərlər arasında qarşıdurma olub.

Əsgərlər fələstinliləri dağıtmaq üçün plastik güllə və gözyaşardıcı qazdan istifadə edib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, İsrail əsgərlərinin hücumlarında 13 fələstinli yaralanıb.Düşərgə sakinləri bildiriblər ki, əsgərlər 9 fələstinlini də həbs ediblər.Digər tərəfdən rejimin əsgərləri İordan çayının işğal olunmuş qərb sahilində də 11 fələstinlini həbs edib.Fələstin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında 450-si inzibati həbs, 12-si deputat və 300-ü uşaq olmaqla təxminən 6 min 500 fələstinli var.

 

 


  • Yazılıb
  • da (də) 2018 May 31
  • Göndərən مدير سايت Aran News