Gəmilərin hərəkəti üçün nəzərdə tutulan İstanbul kanalının tikintisi strateji layihədir.
  Arannews-Hədəf14.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 
Dövlət başçısı qeyd edib ki, bu, oxşar layihələrlə uğurla rəqabət aparacaq mühüm gəmiçilik layihələrindən biridir: 
"Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də dünya əhəmiyyətli layihələr həyata keçirəcək". 
R.T.Ərdoğan bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası İstanbulun, həmçinin Türkiyənin bütün iri şəhərlərinin inkişafına xüsusi diqqət ayırır.