Tarix : 2018 May 31
Kod 55426

Ərdoğan yeni strateji layihədən danışıb

Gəmilərin hərəkəti üçün nəzərdə tutulan İstanbul kanalının tikintisi strateji layihədir.

Arannews-Hədəf14.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

Dövlət başçısı qeyd edib ki, bu, oxşar layihələrlə uğurla rəqabət aparacaq mühüm gəmiçilik layihələrindən biridir: 

"Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də dünya əhəmiyyətli layihələr həyata keçirəcək". 

R.T.Ərdoğan bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası İstanbulun, həmçinin Türkiyənin bütün iri şəhərlərinin inkişafına xüsusi diqqət ayırır.


  • Yazılıb
  • da (də) 2018 May 31
  • Göndərən مدير سايت Aran News