Tarix : 2018 Jun 01
Kod 55429

“Türk lirəsinin kəskin ucuzlaşmasının arxasında həm də 2 müsəlman dövləti durur”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə lirəsinə qarşı həyata keçirilən kompaniyanın arxasında iki müsəlman dövləti durur ki nəticədə ABŞ dolları qarşısında kəskin ucuzlaşıb.

Arannews-İslaminSesi.info turkpress-ə istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu yaxın zamanlarda türk lirəsinə qarşı kompaniyanın arxasında duran iki müsəlman dövlətinin adını açıqlayacağını bildirib. 

M.Çavuşoğlu Türkiyə telekanallarının birinə verdiyi müsahibə zamanı ölkədə son zamanlarda dəyəri enməkdə olan lirə ilə bağlı vurğulayıb ki, “Burada bəzi xarici qüvvələrin maliyyə lobbiləri və müəssisələrindən söhbət gedir, həmçinin burada iki müsəlman dövləti də var ki onların adlarını sonra açıqlayacağıq”.

 Türkiyə XİN başçısı bildirib ki, bu qüvvələr 15 iyul hadisələrində öz məqsədlərinə nail ola bilmədikləri üçün, Türkiyə iqtisadiyyatını çökdürə biləcək digər yollara əl atırlar.

 Ekspertlər Türkiyə lirəsinə qarşı kompaniyanın arxasında duran 2 müsəlman dövlətlərindən birinin BƏƏ olduğunu bildirirlər.

  • Yazılıb
  • da (də) 2018 Jun 01
  • Göndərən مدير سايت Aran News