Tarix : 2018 Jun 02
Kod 55438

Azərbaycanlı İŞİD-çiyə hökm oxundu

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arannews-Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.Zaur Eynalov 8 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan antiterror tədbirləri zamanı 2017-ci il oktyabrın 27-də Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Zaur Eynalov həbs edilib.

  • Yazılıb
  • da (də) 2018 Jun 02
  • Göndərən مدير سايت Aran News