Tarix : 2018 Jun 03
Kod 55451

“Ded Xasan” nın qətlində günahlandırılan azərbaycanlı Moskvada yaxalanıb

“Ded Xasan” nın qətlində günahlandırılan azərbaycanlı Moskvada yaxalanıb

Arannews-İslaminSesi bildirir ki,2012-ci ildə “Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb. 

Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub. 

H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 03
  • Göndərən مدير سايت Aran News