“Suriyada İranın hərbi müşavirləri olub və hətta onlar şəhid də veriblər. Onlar Suriya Ordusu ilə çiyin-çiyinə terrorla mübarizə aparır. Biz İslam Respublikasına və xalqına təşəkkür edirik, ki əvvəldən bizimlə birgə idilər. Onların Suriyada olması qanuni və legitimdir. Amma ABŞ, Fransa və Türkiyə qüvvələrinin Suriyada olması qeyri-qanuni və qeyri legitimdir. Çünki onlar Suriya hökumətinin icazəsi olmadan ölkəyə daxil olublar”
Arannews-İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim deyib.
Suriya XİN başçısı ölkədə İranın hərbi bazalarının olmasını qətiyyətlə təkzib edib və əlavə edib ki, bu İsrailin nağılıdır. O bildirib ki ölkədə İranın bazaları deyil, hərbi müşavirləri var və onların ölkədə olması da hökumətin dəvəti ilədir.
Vəlid əl-Müəllim İranın əksinə olaraq ABŞ, Fransa və Türkiyə qüvvələrinin Suriyada olmasını qeyri-qanuni hesab edib.
Bu arada İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani də Suriya ilə bağlı danışıb. Əli Şəmxani də öz növbəsində bildirib ki, İranın Suriyaya əhəmiyyət verməsi ona görədir ki, Tehran Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyi bilir.