Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2018 Jun 09     |     Kod : 55482

Şahin Həsənli deputatın ittihamlarına cavab verdi

Dünən millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində Məhərrəmlik ayında çəkildiyini ehtimal olunan tanınmış ilahiyyatçı Hacı Şahinin də iştirak etdiyi videonu paylaşaraq tənqit etmişdi.

Arannews- ilahiyyatçı Hacı Şahin millət vəkilinin ittihamlarına cavab  məktubunu təqdim edib. Hacı Şahinin qələmə aldığı yazını olduğu kimi təqdim edirik: 

 “Allaha şükürlər olsun ki, doğma Azərbaycanımızda ildən ilə insanların mənəvi mövzulara daha çox diqqət yetirdiklərinin şahidi oluruq. Bəzən qəfil, bəzən qeyri-iradəvi, bəzən sırf ənənəyə hörmət üzündən yaranan dinə maraq artıq yeni, rasional müstəviyə qədəm qoyub. Sovet totalitarizmini, erkən 90-ların qeyri-sabit dönəmini görməyən, müstəqil və azad bir dövlətdə formalaşan müasir gənclər dünyaya açıq olduqları qədər, özünütanımaya da meyillidirlər. Təbii ki, bu özünü tanımaq və dəyərləndirmək kimi pozitiv cəhdlər ictimai şüura da sirayət edir. Cəmiyyətqurucu və dövlətqurucu ideya kimi, din də istisna deyil. Müasir insanımız tam haqlı olaraq suallar verir, dərinliklərə varmaq isəyir. Çünki, qloballaşan dünyada yad ruhiyyə və cilvədə deyil, özü kimi yaşamaq istəyir. Fərdi şəxsiyyətə çevirən onun özünü tanıması və dəyərləndirməsidirsə, sıradan bir toplumu izzətli və mütərəqqi millət edən onun öz kimliyini tanıması və dəyərləndirməsidir. Bu cəhətdən Azərbaycan insanı və cəmiyyəti yalnız yüksələn xətt üzrə hərəkət etməkdədir.  
Azərbaycanda din həmişə milli ruhun özülü olub. Özü də olduqca möhkəm bir özül. Bizim ənənəvi dini baxışlarımız hər zaman proqressiv olub, heç zaman dini və milli qarşıdurmalara, ictimai və siyasi islahatlara, mədəni zənginləşmə və mübadilələrə, yaradıcı ruhiyyəyə və quruculuq əzminə mane olmayıb. Əksinə, bu hadisələri dəstəkləyib deyə, tariximiz inkişaf xəttinə köklənib. Ayrı-ayrı neqativ hadisələr istisna deyil, lakin bu, bütövlükdə tarixi prosesin vektorunu dəyişməyib. Belə bir fonda Azərbaycan gəncinin mənəviyyata, dinə, kökünə göstərdiyi maraq və ehtiram yalnız və yalnız gələcəyə ümidləri artırır. Vətənimizin və millətimizin nə az, nə çox dünya tarixində mühüm rol oynayacağına əminik. Çünki, ardıcıl uğursuzluqlarla üzləşən və tədrici süquta doğru gedən müasir imperializm mənən əsir etdiyi digər millətləri də öz ardınca aparacaq. Ayaqda qala bilənlər, yeni dünya düzəninin formalaşmasında iştirak edənlər yalnız öz mənəvi kimliyi ilə tərəqqini uzlaşdıran xalqlar olacaq. Təbii ki, heç bir dövləti, o cümlədən Azərbaycanı bu statusda görmək istəməyənlər müxtəlif vasitələrə əl atacaq. Gah rəngli inqilablar, gah ərəb baharları, gah da etno-konfessional savaşlar işə salınacaq. Bu baxımdan olduqca böyük təhlükələrlə üz-üzə gəlirik. Zahirən dəyərsiz bir hadisə, düşünülməmiş bir addım böyük faciələrə yol aça bilər. 
Azərbaycanın ənənvi dini baxışları iki mühüm qatdan ibarətdir ki, Aristotellə Platonun dövründən bu günə kimi həllini tapmayan mühüm bir problemin çözümü hesab oluna bilər. Bu, rasional və emosional qatların bir-birini tamamlaması baxış sistemidir. Odur ki, bizə bir millət olaraq emosiyaları yan təsir kimi qəbul edən quru rasionallıq yad olduğu kimi, rasionallığı həyatın qənimi sayan şairanə emosionallıq da yaddır. Bizim mədəniyyətimiz gündüzləri elmi və ictimai fəaliyyətdən usanmayan, gecələr ilahi eşq atəşində yanaraq irfan ədəbiyyatının zirvələrini fəth edən nümunələr yetişdirib. Bizim özəlliyimiz də elə bundadır. Düşünmək və sevmək, öyrənmək və yaratmaq, qazanmaq və paylaşmaq, tanımaq və bağlanmaq, çalışmaq,gülmək və ağlamaq. Bizim zehnimizdə bunlar bir-birinin əksi deyil, tamamıdır.  
Əslində Quranın təqdim etdiyi kamil insan xüsusiyyətidir – Misiri qüdrətləndirən Yusifin ayrılığından gözü tutulanacan ağlayan, bununla belə peyğəmbərliyindən əl çəkməyən Yaqub. Allahın ən gözəl dastan adlandrdığı bu hadisə bir bütün ictimai, siyasi, psixoloji qatları ilə bərabər ata ilə oğula, övliya ilə digər insanlar arasında bir eşq macərasıdır. Quranı cazibəli, övliyaları sevilən, insanlığı ümidləndirən, nəhayət həyatı bütövlükdə bir bahar edən hər sahədə öncül və uğurulu olan bir qəhrəmanın eşq atəşində yanaraq ağlamağı bacarmasıdır. Bu hiss sorğulanmaz, çünki insandan insaniyyət sorğulanmaz. Bu dünyagörüşü fədakarlığın zirvəsi olan şəhidlik sevdası ilə yaşayan alimlər, şairlər, məmurlar, hərbçilər yetişdirir. Bu dünyagörüşü ilahi peyğəmbərlərdən əxz olunub və xalqımız arasında Aşura mərasimi kimi yaşayır. İldə bir dəfə kimliyindən asılı olmayaraq hər kəs insanlıq uğrunda hər şeyini qurban vermiş bir övliyanı yad etmək üçün məscidlərə toplaşır, onun amallarını rasional müstəvidə öyrənir (oxu – xütbə dinləyir), onun halını emosional müstəvidə yaşayır (oxu – növhəyə ağlayır). Düşüncə və hissin birliyi, insanın iki fundamental xüsusiyyətinin vəhdəti və bundan yaranan bir mədəniyyət – bu bizim xoşbəxtliyimiz və uğurlarımızın zəmanəti deyilmi? Haqlı olaraq öyündüyümüz tolerantlığımız məhz mərhəmət hissi aşılayan,zorakılığı rədd edən,ağıl ilə emosiyanın vəhdəti olan bu dünyagörüşünün məhsulu deyilmi? Ölkəmizdə radikallığın yayılmasının qarşısını alan ən əsas amil məzhəbindən asılı olmayaraq insanlarımızın peyğəmbər əhli-beytinə məhəbbəti,onların şad günündə şad,qəmli günündə qəmli olmasıdır. İnsan gülə və ağlaya bilirsə,insandır deməli. 
Deyilən səbəblərə görə getdikcə gənclərimiz və ziyalılarımız bu mədəniyyətə daha çox bağlanır, ondan daha çox faydalanmağa çalışır. Hər il Aşura əzadarlığı, Qədr gecələri, mövlud tədbirləri daha izdihamlı və ehtişamlı olur. Məsələ də yalnız say artımında deyil, mənəviyyat və ziyanın bir-birinə qarışmasından ərsəyə gələn keyfiyyətin dəyişməsindədir.Təəsüf, hər belə tədbirdən sonra ifratçı və dözümsüz fikirlərin səsləndirilməsi artıq adət halına çevirilib. Tənqid gözəldir, həqarətə keçməsə. Eyni zamanda tənqid gözəldir,alternativ təqdim olunsa. Azərbaycan xalqının əsrlərlə qoruduğu, mənəvi energetikasının hopduğu, dövlət vəsaitinə bərpa olunduğu ziyarətgahlara dil uzadılır, hərçənd alternativ model kimi təqdim edilən qardaş Türkiyə ilə pir sayına görə heç bir müsəlman ölkəsi müqayisə oluna bilməz. Mübarək Ramazan ayı öncəsi milli rəsədxanamızın və milli-dini qurumumuzun azan cədvəli tərtib etməsi xarici ölkəyə təqlidçilik adlandırılır, lakin alternativ kimi elə başqa ölkənin azan cədvəli təklif olunur. Öz tarixi şəxsiyyətlərimiz mütləq şəkildə alçaldılır, alternativ olaraq xarici ölkənin tarixi şəxsiyyətlərinin mütləq ideallaşdırılması təklif olunur.  İlahiyyatçılar savadsızlıq və öz işini bilməməkdə ittiham olunur, alternativ olaraq şəriət leksikonunda teoloji mübahisələr aparan dünyəvi dövlətin millət vəkili nümunəsi təklif olunur. Nəhayətdə də bu millət üçün çalışan, vuruşan, canından belə keçən fədakarlar yetişdirən ənənəvi din xarici ölkənin ideologiyası adlandırılır, alternativ olaraq elə xarici ölkənin ənənəvi dini baxışlarının mənimsənilməsi təklif olunur.  
Yəqin ki,millət vəkili Fazil Mustafadan yazdığımızı anladınız. Hörmətli Fazil bəy,açığını söyləsəm, mövqeyiniz mənim üçün anlaşılmazdır. Sizinlə fərqli düşüncələrdə ola bilərik, amma axı hər birimiz vətən və millət üçun çalışmalıyıq. Hərəmizin fərqli baxışlarımız ola bilər, lakin milli birlik və maraqlar hamımız üçün qırmızı xətt olmalıdır. Bu günün bəlası olan etnik millətçiliyin, ifrat sağçılığın, aqressiv ateizmin, siyasi militantizmin, dini radikalizmin kökündə məhz fədakarlıq və eşqin olmaması, emosinallıqla rasionallığın qarşıdurması dayanır. Əcdadlarımızdan əlimizə gəlib yetişən bu irsimizi heç bir vəchlə şəxsi ambisiyalara, təriqətçi maraqlara qurban verə bilmərik. Kimisə dini etiqadına görə aşağılamaq, insanların emosiyalarını təftiş etmək, göz yaşlarını sorğulamaq, dini hisslərlə bağlı ehtiyatsız sözlər söyləmək heç kimə başucalığı gətirməz. Bu, həm də təhlükəlidir, xüsusi ilə məzhəb və din savaşlarının tüğyan etdiyi indiki dövrdə. Ölkəmizdə dözümlülük varsa, müxtəlif din və məzhəb ardıcıllarının dinc yanaşı yaşamasının şahidiyiksə, buna görə tənqid və təhqir etdiyiniz ənənəvi dinimizə borcluyuq. Diqqətlə fikir versəniz, başkəsən, terrorist "istehsal edən"zehniyyət məhz məhəbbət, mərhəmət, məzlumun halına yanmaq, südəmər körpələrin qətl olunmasına etiraz aşılayan ənənəvi dinimizə qarşı olan zehniyyətdir. O ki,qaldı əzadarlığı mələşmə adlandırıb,dinimizdə olmadığını iddia etməyinizə,ən tutarlı dəlillərlə bunun Qurani-kərim məntiqinə zidd olmadığını,əksinə bu məntiqə söykəndiyini sübut etməyə hazıram. Amma bir millət vəkili ilə teoloji mövzularda polemikaya girməyi lazımsız hesab edirəm. 
Hörmətli Fazil bəy,bizim fəaliyyətimiz illərdir göz önündədir. Bizi xürafat yaymaqda, hansısa xarici dövlətlərin dəyirmanına su tökməkdə ittiham edə bilməzsiniz, bu iddia ancaq gülüşlə qarşılana bilər. Mövhumatçılıqla mübarizə, dini mühitimizi xarici təsirlərdən qorumaq bir din xadimi olaraq şəxsən mənim fəaliyyətimin prioritet istiqamətidir. Buna görə ən müxtəlif təriqətlər və cərəyanlar tərəfindən hədəfə alınmışam, lakin fəaliyyətimdən dönməmişəm, dönmək fikrim də yoxdur. Gənclərə vətənpərvərlik hissi aşılayan, şəhid Mahir Mirzəyevlər, Emin Bağırovlar və yüzlərlə yurduna bağlı insanların formalaşmasında mühüm rolu olan bu mərasimləri təhqir etmək heç insafdan deyil. Mənsub oldumuz xalqın mənəvi dəyərləri ilə bağlı natamamlıq kompleksi yaşamaq yox, bu dəyərlərlə qürur duymalıyıq, hörmətli Fazil bəy.Bu dəyərlər bizi bir millət olaraq var edib,əsrlər boyu var etməkdə davam edəcək”. 
Moderator.az



Yazılıb da (də)   2018 Jun 09  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap