Tarix : 2018 Jun 07
Kod 55484

Sionist rejiminin baş nazirinin İlham Əliyevə mesajı

“Truth NGO” xəbər verir ki, sionist rejiminin baş naziri prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi tələb edib.

“Arannews-Trend” in xəbər agentliyinin məlumatına görə, Benyamin Netanyahu bu məktubunda Tel-Əviv və Bakı arasında əlaqələrin günü-gündən inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.Netanyahu İlham Əliyevə məktubu elə bir vaxta təsadüf edir ki,  ABŞ prezidenti Donald Trump Qüdsü sionist rejimin paytaxtı kimi tanıması və ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əviv-dan Qüdsə köçürülməsi Azərbaycan Respublikası hakimiyyətinin, həmçinin də xarici işlər naziri Elmar Məmmədyarov qəzəbinə səbəb olmuşdu.

Rəsmi Bakı, ABŞ-ın bu hərəkətlərinin beynəlxalq prinsiplər və BMT Təhlükəsizlik Şurasının №478 qətnamələrinə zidd olduğunu bəyan etmişdi.

  • Yazılıb
  • da (də) 2018 Jun 07
  • Göndərən مدير سايت Aran News