Tarix : 2018 Jun 08
Kod 55489

Yəhudi ravvin İsraili pislədi, İrana isə təşəkkür etdi

Anti-sionist təşkilatının nümayəndəsi İsrail rejiminin mövcudluğu barədə və İranın fəaliyyəti haqda danışıb
“Arannews-ParsToday”-yin verdiyi xəbərə əsasən, “Neturei Karta” anti-sionist təşkilatının mətbuat katibi İsrael Devid Vays bildirib ki, İsrail dövləti qeyri-qanuni bir dövlətdir.
Vays qeyd edib ki, əsas sakinlərin yaşadığı bir yerdə başqa bir dövlətin qurulması qeyri-mümkündür, çünki Fələstinin əsas sahibləri fələstinlilərdir, İsrailin mövcudluğu isə mənasızdır.
Fələstinin sionistlər tərəfindən işğalına qarşı olduğunu bildirən Vays əlavə edib ki, “İsrail adlandırılan quruluş qeyri-qanunidir. Fələstin xalqının öz torpaqlarına olan hüququ sırf 1967-ci il torpaqları ilə məhdudlaşmır”. O bildirib ki, bütün Fələstin ərazisi Fələstin xalqınındır.
Vays daha sonra yəhudiliyə dostcasına münasibətinə və yəhudilərə öz dinlərini yaşamağa imkan yaratdığına görə İran hökumətinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, İsrailin İrana qarşı nifrətinin və müntəzəm həmlələrinin səbəblərindən biri də budur.
O deyib ki, İran Fələstin xalqını dəstəkləyir və İsrail rejiminin mövcudluğunu qəbul etmir./islamazeri/

  • Yazılıb
  • da (də) 2018 Jun 08
  • Göndərən مدير سايت Aran News